Icma.az
close
up
RU
NATO təşvişdə: Rusiya bu ölkədə baza açır Türkiyənin mövqeyi gündəmdədir

NATO təşvişdə: Rusiya bu ölkədə baza açır Türkiyənin mövqeyi gündəmdədir

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı mühüm hava və dəniz bazalarını boşaldan Rusiya hərbi qüvvələrini Liviyaya köçürür. İddialara görə, Moskva Liviyadakı qüvvələrinin sayını artırıb, həmçinin bölgəyə çoxlu sayda hərbi maşın və sursat göndərməyə başlayıb.

Publika.az “Haber Global”a istinadən xəbər verir ki, Rusiya Suriyadakı üç əsas hərbi bazasını - bir dəniz və iki hava bazasını geri çəkib.

Avropa və Amerika hərbi mənbələrinə görə, Rusiya sözügedən bazalarını bu dəfə Aralıq dənizində yerləşən Liviyada açmağı planlaşdırır.

Rusiyanın məqsədi

İddialara görə, Rusiya həm qlobal sərmayələrinin, həm də muzdlu hərbi şirkətin ən güclü olduğu Afrikada fəaliyyətini bu bazalar vasitəsilə həyata keçirmək istəyir.

ABŞ-da yerləşən “Defence News” nəşrinin məlumatına görə, sözügedən hərbi bazalar Liviyanın şərqinə nəzarət edən Xəlifə Haftarın nəzarəti altında olan bölgələrdə qurulacaq.

Pentaqon da bildirir ki, hazırda orada olan təxminən 2000 rus əsgəri ölkənin 10 bölgəsində hərbi əməliyyatlar aparır. Eyni zamanda Moskva Liviyaya çoxlu sayda “S-300” və “S-400” hava hücumundan müdafiə sistemi də göndərib.

Böyük təşviş

Aralıq dənizi hövzəsi ilə həmsərhəd olan NATO-ya üzv ölkələrdə, xüsusən də Fransa və İtaliyada çaxnaşma hökm sürür. Pentaqonun paylaşdığı məlumata görə, İtaliya Müdafiə Nazirliyi həyəcan vəziyyətindədir. Nazirlik hesab edir ki, Rusiyanın bölgədə quraşdırmağa başladığı hava hücumundan müdafiə sistemləri səbəbindən Avropanın bölgədəki əməliyyat qabiliyyəti xeyli zəifləyəcək. Fransa Müdafiə Nazirliyi Rusiya sualtı qayıqlarının Aralıq dənizinin dibində mülki və hərbi rabitə kabellərinə zərər vuracağından narahatdır.

Kritik ölkə Türkiyədir

NATO mənbələrinin məlumatına görə, Rusiya Liviyadakı mövcud hərbi bazalarından Sahel bölgəsindəki hərbi xunta rejimlərinə geniş silah və maliyyə dəstəyi göndərir. Xəlifə Haftarın qüvvələrinin bu bazalarda təlim keçdiyi və təchiz olunduğu da məlumdur. NATO mənbələrinin bildirdiyinə görə, Haftar hava bazalarının açılmasını bəyənsə də, Liviyada Rusiya hərbi-dəniz bazasının yaradılmasında maraqlı deyil.

Moskva həmçinin Suriya hökuməti ilə Latakiya dəniz bazasından istifadəni davam etdirmək üçün müvəqqəti saziş imzalamağa çalışır. Pentaqon rəsmiləri isə iddia edirlər ki, Rusiya hərbi-dəniz gəmilərindən bəziləri artıq Liviyaya doğru hərəkət edib. Həm Pentaqon, həm də NATO mənbələri bölgədə ən nüfuzlu ölkə olan Türkiyənin mövqeyinin və qəbul etdiyi qərarın kritik əhəmiyyət kəsb etdiyini qəbul edirlər.

ABŞ-ın razı salma cəhdləri

ABŞ-da yerləşən başqa bir müdafiə nəşri olan “The Defence Post” da iddia edib ki, Rusiya hərbi muzdluları Moskvanın müttəfiqi Belarus vasitəsilə Liviyaya yük daşımağa başlayıblar. ABŞ-ın keçən ildən bəri Xəlifə Haftarı Rusiya bazasına nəzarət etdiyi torpaqlarda yerləşdirməyə razı salmağa çalışdığını bildirən nəşr, Moskvanın Liviyadakı fəaliyyətini Suriyadakı kimi gizli saxlaya bilməyəcəyini də iddia edib.

Roza Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://publika.az
archiveBu xəbər 15 Yanvar 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri