NATOnun baş katibi Trampı təbrik etdi
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rutte Donald Trampı ABŞ-də keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və onunla işləməyə hazır olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Rute sosial şəbəkədəki səhifəsində yazıb.
“Mən indicə Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik etdim. Onun rəhbərliyi bizim ittifaqımızın gücünü qoruyub saxlamaq üçün bir daha mərkəzi rol oynayır. Mən onunla yenidən işləməyi və NATO-nun gücü ilə sülhü təşviq etməyi səbirsizliklə gözləyirəm”, - Rutte yazıb.
Qeyd edək ki, Amerika mətbuatında çıxan nəşrlərə görə, Trampı artıq Salvador, Fransa, Latviya, Litva, Ukrayna prezidentləri, Böyük Britaniya, Macarıstan, İsrail, Hindistan və digər ölkələrin baş nazirləri təbrik edib.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Noyabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















