Icma.az
close
up
RU
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib

“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçın rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiya Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, “Laçın Abadlıq Xidməti” ASC-nin dəstəyi ilə reallaşıb.

Layihə çərçivəsində ümumilikdə 500 meyvə və dekorativ ağac əkilib. Ağaclar Laçın şəhər mərkəzində, Həkəri çayı sahilində, eləcə də Zabux, Sus və Bəylik kəndlərində əkilib. Əkilən növlər bölgənin iqlim və torpaq xüsusiyyətlərinə uyğun seçilib.

Tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, eləcə də yerli sakinlərin, könüllülərin və ekoloji təşəbbüsləri dəstəkləyən gənclərin iştirakı ilə baş tutub.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək rayonda həyata keçirilən ekoloji layihələrin və sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, “Natura” brendinin bu addımını yüksək qiymətləndirib.

Qeyd edək ki, ağacların sağlam inkişafı üçün aqrotexniki nəzarət proqramı hazırlanıb və davamlı baxım planı müəyyən edilib. Bu təşəbbüs Laçının ekosisteminin bərpasına, yaşıllıqların artırılmasına və bölgənin uzunmüddətli inkişafına xidmət edəcək.

Natura” meyvə şirələri ölkənin aparıcı qida sənayesi şirkətlərindən biri olan Novex Group-un tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda istehsal olunur.

Bu sosial layihə “Natura” brendinin ekologiyanın qorunması, sosial məsuliyyətin təşviqi işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri