Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? Təyinat mexanizmi dəyişir

Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? Təyinat mexanizmi dəyişir

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında nazir təyinatı qaydalarında ciddi dəyişiklik gözlənilir. Modern.az-ın əldə etdiyi məlumata görə, artıq nazir vəzifəsinə təyinatlar birbaşa Ali Məclis sədrinin sərəncamı ilə deyil, Ali Məclisdə səsvermə yolu ilə təsdiq olunacaq.

Artıq bu praktikanın tətbiqinə başlanılıb. Ötən gün Naxçıvan iqtisadiyyat naziri vəzifəsinə Kazım Yaşar oğlu Hüseynəliyev səsvermə yolu ilə təsdiqlənib. Onun namizədliyi Naxçıvanın Baş naziri tərəfindən irəli sürülüb və təqdimat Ali Məclisin sədrinə təqdim olunaraq plenar iclasa çıxarılıb.

Təqdimat oxunduqdan və namizəd haqqında ətraflı məlumat verildikdən sonra "Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” qərar səsə qoyularaq qəbul edilib.

İlkin mərhələdə yayılan xəbərlərdə nazirin Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə təyin olunduğu bildirilmişdi. Lakin daha sonra yayılan rəsmi məlumatla təyinatın parlament səsverməsi yolu ilə həyata keçirildiyi dəqiqləşdirilib.

Ali Məclisin birinci müavini Bəxtiyar Məmmədov səsvermənin nəticələrini elan etdikdən sonra yeni iqtisadiyyat nazirini təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, əvvəllər Naxçıvanda bir çox nazir, komitə rəhbərləri və digər mühüm vəzifələrə təyinatlar Ali Məclis sədrinin sərəncamları ilə baş tuturdu. Burada Ali Məclisin sədri və ya sədr səlahiyyətlərini icra edən şəxslər sərəncamlar imzalayır, birbaşa təyinatlar edirdilər.

Təyinat mexanizminin dəyişməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da mühüm dəyişikliklər gözlənilir. Ötən ay xəbər vermişdik ki, Konstitusiyada nəzərdə tutulan əsas dəyişikliklərdən biri Naxçıvan Ali Məclisinin sədrinin "ali vəzifəli şəxs” statusunun ləğv edilməsi ilə bağlıdır. Hazırda həm qanunverici orqana rəhbərlik edən, həm də icra hakimiyyətində əsas sima kimi çıxış edən Ali Məclis sədrinin bu statusu hüquqi ziddiyyət kimi qiymətləndirilir. Dəyişikliklər baş tutarsa, bu ziddiyyət aradan qaldırılacaq və səlahiyyət bölgüsü daha aydın şəkildə tənzimlənəcək.

Həmçinin, Naxçıvan Ali Məclisinin sədrinin nazir təyinatlarını həyata keçirməsi səlahiyyətlərinin də mədudlaşdırılacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri