Naxçıvan Muxtar Respublikasının FHN nin əməkdaşları arasında idman yarışları keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışlara başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara idman yarışlarının keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından seçilən yığma komandalar uzunluğuna və hündürlüyə tullanma, turnikdən dartınma və 2400 metr məsafəyə qaçış idman növləri üzrə yarışlarda iştirak ediblər.
Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.
Baxış sayı:63
Bu xəbər 19 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















