Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Paşinyanın müxalifətlə seçki mübarizəsi: Qalib kim olacaq?

Paşinyanın müxalifətlə seçki mübarizəsi: Qalib kim olacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-nin “GALLUP International Association” araşdırma mərkəzinin Ermənistanda keçirdiyi növbəti rəy sorğusu 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı ilkin proqnozları verməyə əsas yaradır.

Yəni seçkilərdə əsas rəqabətin əsasən hansı siyasi qüvvələr arasında gedəcəyi və səsvermənin nəticələrinə dair müəyyən rəylər söyləmək mümkündür.

Bu baxımdan, 1 100 nəfər respondentə telefonla ünvanlanmış “Gələn bazar günü seçki keçirilərsə, kimə səs verərdiniz” sualının cavabları maraq doğurur. 

Qeyd edək ki, Ermənistanda “GALLUP International Association” araşdırma mərkəzi tərəfindən bundan əvvəl rəy sorğusu avqust ayının sonlarında keçirilib. 

Həmin göstəricilərlə müqayisədə Ermənistanda seçkilərə qatılmaq istəyən siyasi qüvvələrin reytinq göstəricilərində qismən dəyişiklik baş versə də, ümumilikdə ciddi yenilik müşahidə olunmur.

Rəyi soruşulanların 16,5 faizi Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib. Sorğular hakim partiyanın reytinqinin təxminən 0,7-0,8 faiz aşağı düşdüyünü göstərir. Buna baxmayaraq, Nikol Paşinyanın partiyası birinciliyi qoruyub saxlaya bilir. 

Xatırladaq ki, avqust ayının sonlarında keçirilən sorğuda respondentlərin 17,3 faizi hakim partiyaya səs verməyə hazır olduğunu bildirmişdi. Bu isə Nikol Paşinyanın fəal seçicilər arasında 16 faizdən bir qədər artıq sabit elektoratının olduğunu göstərir.

2025-ci ilin may, avqust və dekabr aylarında keçirilən üç sorğuda hakim partiya birinci yeri tutub. Müxalifətin siyasi durumuna nəzər saldıqda, Paşinyanın komandası bu göstərici ilə seçkilərdə qalib gəlmək şansını qoruyur.

Rusiyadan dəstəklənən müxalifətin reytinqinin aşağı düşməsi paralel olaraq, Paşinyanın qalib gəlmək imkanlarını artırır. Xüsusilə də Paşinyanın əsas siyasi rəqibi hesab edilən rusiyalı milyarder Samvel  Karapetyana səs verməyə hazır olanların sayı xeyli azalmağa başlayıb. 

Əgər avqust ayında keçirilən sorğuda Karapetyan 13,4 faiz göstərici əldə etmişdisə, dekabrda isə 7,2 faizə düşüb. Hətta avqust ayında müxalifət partiyalarının sifarişi ilə keçirilən başqa bir sorğuda respondentlərin 11 faizi hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu dediyi halda, Samvel Karapetyanı dəstəkləyənlərin sayı 10 faiz təşkil etmişdi. 

Göründüyü kimi, Paşinyanın rəqibinin reytinqinin azalması seçkilərdə inqilabi dəyişiklik baş verəcəyinə dair proqnozlara şübhə yaradır.

Seçkilər yaxınlaşdıqca Ermənistanla Azərbaycan arasında sülhə nail olunması və kommunikasiyaların açılması istiqamətində konkret addımların atılması Nikol Paşinyanın əlni gücləndirir. Bu da öz növbəsində, hakim partiyanın qələbəsini təmin edəcək əsas amillərdən birinə çevrilir.

Müxalifətin məğlubiyyətini zəruri edən əsas səbəblərdən biri hakimiyyətdən fərqli olaraq, alternativ siyasi düşərgənin seçkilərə pərakəndə şəkildə getməsidir. Rusiyanın bütün müxalifəti vahid namizədin ətrafında cəmləmək səyləri hələ baş tutmur.

Hazırda Ermənistan müxalifətində iki əsas güc mərkəzi formalaşdığını görmək olar. Bunlardan biri kimi hazırda həbsdə olan Samvel Karapetyanın liderlik etdiyi “Bizim yol” hərəkatı, digəri isə sabiq prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokudur.

Samvel Karapetyanın tərəfdarlarının azalmasında Robert Köçəryanın ayrılıqda seçkilərə getməsi, yəni müxalifətdə parçalanma yaratması mühüm rol oynayıb. Üstəlik, iri müxalifət partiyaları Karapetyanı dəstəkləmir. Karapetyanın reytinq göstəriciləri daha çox onun özü və iş adamı kimi xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır. 

Rəyi soruşulanların 54 faizi onun fəaliyyətini bəyəndiyini bildirsə də, rəhbərlik etdiyi hərəkata səs vermək istəyənlərin sayı çox azdır. “Bizim yol” hərəkatı ayrılıqda siyasi nüfuz qazana bilməyib.

Bu da hərəkatın cəmiyyətə əhəmiyyətli siyasi hərəkatının seçkilərdə parlamentə düşəcəyi ehtimalı yüksək olsa da, deputat yerlərinin üçdə biri qazana biləcəyi inandırıcı görünmür. Son üç rəy sorğusu Robert Köçəryanın “Ermənistan” blokuna səs verməyə hazır olanların 6,4-6,8 faiz təşkil etdiyini göstərir. Yəni Köçəryanın sabit elektoratı orta hesabla 6-7 faiz arasındadır.

Lakin qeyd edilən reytinq göstərcisi ilə partiya blokları üçün nəzərdə tutulmuş 7 faizlik seçki barajını aşmaq Köçəryan üçün asan olmayacaq. Böyük ehtimalla, hazırda 29 deputat yerinə malik olan “Ermənistan” bloku növbəti parlamentdə ana müxalifət funksiyasını itirəcək və cəmi bir neçə mandatla kifayətələnməli olacaq.

Eyni zamanda, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının nüfuzunu tamamilə itirməsi Köçəryan üçün əlavə problem yaradacaq. Sorğular göstərir ki, hazırda “Ermənistan” blokunda təmsil olunan daşnaklara seçicilərin cəmi 1,4 faizi səs vermək fikrindədir. Bu göstərici Robert Köçəryanı “Daşnaksütyun”la müttəfiqliyi dayandırmağa vadar edə bilər. 

Robert Köçəryanla eks-prezident Serj Sarkisyan arasında siyasi çəkişmənin davam etməsi “Qarabağ klanı”nın tərəfdarlarını iki hissəyə bölüb. Sarkisyanın seçkilərdə Köçəryanı dəstəkləməməsi əslində, hakimiyyətin mövqelərini gücləndirən amil kimi çıxış edir.

Lakin Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının (ERP) ayrılıqda seçkilərdə uğur qazanacağı real görünmür. Əgər Sarkisyanın təsiis etdiyi “Şərəfim var” bloku 2021-ci ildə 6 deputat yeri qazanmışdısa, hazırda rəyi soruşulanların cəmi 2,7 faizi ERP-yə səs verməyə hazır olduğunu bildirib. 

Bu göstərici ilə ERP-nin partiyalar üçün nəzərdə tutulmuş 5 faizlik seçki barajını keçə biləcəyi şübhə doğurur. Çox güman ki, Serj Sarkisyanın komandası bu dəfə parlamentdən kənarda qalacaq. 

“GALLUP International Association” araşdırma mərkəzinin sorğusunun üzə çıxartdığı maraqlı nəticələrdən biridə “Çiçəklənən Ermənistan” partiyasının reytinq göstəricilərinin artması ilə bağlıdır. Sorğular rəyi soruşulanların 68 faizinin “Çiçəklənən Ermənistan” partiyasının (ÇEP) sədri Qagik Tsarukyanın fəaliyyətini bəyəndiyini göstərir. 

Hətta o, bu göstərici ilə Paşinyanı və müxalifət liderlərini arxada qoyaraq birinci yerə çıxıb. ÇEP 4,5 faizlə reytinqində artım olan yeganə siyasi partiya olub. Ona görə də seçkilərdə ÇEP-in qələbə qazanaraq digər müxalifət qüvvələri ilə müqayisədə daha çox mandata sahib olacağını demək olar. 

Beləliklə, 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalib gəlmək ehtimalı daha çoxdur. Yəni hakim partiya səslərin 51 faizini qazanmaq şansına malikdir.

Müxalifəti isə daha çox “Bizim yol” hərəkatı, “Çiçəklənən Ermənistan” partiyası və “Ermənistan” blokunun təmsil edəcəyi gözlənilir. Yəni bu dəfə bir siyasi qüvvənin deputat yerlərinin üçdə birini əldə etmək ehtimalı çox azdır və müxalifət Milli Məclisdə bir neçə qüvvə ilə iştirakçılıq hüququ qazana bilər. 

Müşfiq Abdulla     
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan müxalifət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri