Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə 3992 şagird məzun olub

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə 3992 şagird məzun olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 14 iyun, AZƏRTAC

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Elm və təhsil nazirinin müavini Həsən Həsənli Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Həsənova məktəbin nailiyyətləri haqqında məlumat verib.

Azərbaycan Elm və Təhsil nazirinin müavini Həsən Həsənli məzunları təbrik edərək bildirib ki, bu məktəb artıq 21 ildir fəaliyyət göstərir. 21 il öncə torpaqlarımız işğal altında idi. Beynəlxalq arenada bu faktla barışmağa, mübarizəmizi dayandırmağa, bunu qəbul etdirməyə çalışırdılar. Lakin bu gün ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz təmin olunub. Bu tarix hər birimiz üçün bir dərs, həyat nümunəsidir.

Qeyd olunub ki, bu gün Xocalıda, Xankəndidə, Şuşada, Cəbrayılda da məzunlar var. Onlar "Son zəng" tədbirlərini öz doğma yurd yerlərində qeyd edirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları, müəllimləri və məzunların valideynlərini təbrik edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 3992 şagird məzun olur.

Təhsil naziri deyib ki, bugünkü məzunlar Böyük Zəfərin şagirdləri olaraq suverenliyi tam bərpa olunmuş ölkəmizdə gələcəyə doğru inamla addımlayacaq, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətənimiz adına əldə edilmiş bütün uğurlara sahiblənəcək, həmin uğurları gələcəyə daşıyacaqlar.

Elxan Nəcəfov tədbirdə şagird nailiyyətlərindən də danışaraq qeyd edib ki, bu il tam orta təhsil səviyyəsi üzrə 467 məzun 200-250, 302 məzun 250-300 intervalında bal toplayıb. 2 məzun isə 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

Qeyd olunub ki, cari ildə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200–249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25, 250–300 bal intervalında 29, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə 26 faiz artım olub.

Muxtar respublikada istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirən Nazir diqqətə çatdırıb ki, ölkə üzrə təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika Fənn müsabiqələrində, həmçinin Astronomiya, LütfiZadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri və Yusif Məmmədəliyev adına kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadalarında şagirdlərin iştirakı təmin olunub. Qeyd olunub ki, olimpiadalarda ümumilikdə 59 şagird qalib olub.

Tədbirdə valideynlər və şəhid anaları çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində Naxçıvan şəhər Körpələr evi-uşaq bağçalarının balaca fidanları, məktəbin birinci sinfini bitirən şagirdlər məzunlar rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri