Icma.az
close
up
RU
Naxçıvan şəhərində ağacəkmə aksiyası təşkil edilib

Naxçıvan şəhərində ağacəkmə aksiyası təşkil edilib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistralının Naxçıvan şəhərindən keçən hissəsinin kənarında şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bildirilib ki, aksiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxışında bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq və onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhidlərin xatirəsinə həsr olunan hər bir tədbir milli yaddaşımızın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.

Qeyd olunub ki, şəhidlərin xatirəsinə ağac əkilməsi özündə həm milli-mənəvi dəyərləri, həm də təbiətə qayğı ənənəsini birləşdirən nəcib təşəbbüsdür. Bu aksiyalar, eyni zamanda, Naxçıvan şəhərində yaşıllıq sahələrinin artırılmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

Aksiya çərçivəsində şəhərin yaşıllıq üçün nəzərdə tutulmuş ərazisində 100-dən artıq müxtəlif növ meşə ağacı əkilib, mövcud ağacların suvarılması həyata keçirilib, ərazidə yaşıllıqların qorunması və inkişafı məqsədilə müvafiq tədbirlər görülüb, ağaclara aqrotexniki qulluq göstərilib və əkilən ağacların suvarılması üçün müasir damcı sistemi quraşdırılıb.

Şəhidlərimizin xatirəsinə əkilən hər bir ağac gələcəyə ünvanlanan ehtiramın, həyatın və milli yaddaşın rəmzinə çevrilir.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların ailələrinə və yaxınlarına diqqət və qayğının göstərilməsi, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Sentyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri