Dövlət Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Dövlət Komitəsindən AZƏRTAC-a məlumat verilib.
Qeyd edilib ki, Komitə sədri noyabrın 29-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin inzibati binasında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 1/8) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (Əlaqə vasitələri: (+994) 36 544 56 29, [email protected]) müraciət etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















