Icma.az
close
up
RU
Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda 4 cü yazı

Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda 4 cü yazı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

İrəvan quberniyası İdarə Heyətinin Ordubad şəhər sakini Molla Mir Yəhya Mir Məmməd oğlu Səməndərzadənin Ordubad qəza qazısı vəzifəsinin ona verilməsinə dair xahişnaməsinə baxması 1904-cü il dekabr ayının 3-dən 1905-ci ilin iyul ayının 13-dək davam edib (Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1, iş 1976, v.2-6). İş materiallarına əsasən, onun İrəvan qubernatoruna ünvanladığı 28 noyabr 1904-cü il tarixli xahişnaməsində yazılıb: "Siz Zati-alilərinə bildirməyi özümə şərəf sayıram ki, yerli qazı Hacı Mir Həşim Ağa Mir Qasımzadə bu ayın 23-də vəfat etdiyindən Ordubad sahəsi üzrə qazı vəzifəsində xidmət etməyi arzulayıram. Yuxarıda qeyd olunanlara əsasən özümə şərəf bilirəm ki, Sizdən Zati-alilərindən mənim Ordubad sahəsi üzrə qazı vəzifəsinə təyin olunmağıma dair sərəncam verməyinizi acizanə xahiş edim.

Bununla yanaşı, Siz Zati-alilərinə bildirməyi uyğun görürəm ki, mən artıq 1891-ci ildə İrəvan Ruhani Quberniya Məclisində öz tərbiyəmlə bağlı imtahandan keçmişəm. Ehtiyac olduqda tələb edilərsə, lazımi sənədləri təqdim edə bilərəm..."

Molla Mir Yəhya Mir Məmməd oğlu Səməndərzadənin 16 dekabr 1904-cü il tarixli ikinci xahişnaməsində isə bildirilib: "...Siz Zati-alilərinə özüm üçün mənə aid olan 1891-ci il tarixli, 388 nömrəli şəhadətnamənin təsdiq olunmuş nüsxəsini göndərməyi vacib bilirəm. Mənim səy göstərdiyim xidmətə aid olan digər sənədləri isə İrəvanın xalq təhsil müəssisələrinin direktorundan aldıqda Sizə təqdim edəcəyəm".

O dövrdə verilmiş şəhadətnamədə nələrin yazılmasının maraq doğuracağını nəzərə alıb Molla Mir Yəhya Mir Məmməd oğlu Səməndərzadəyə verilmiş şəhadətnamədəki məlumatları təqdim edirik:

"...Müsəlman Ruhaniliyinə daxil olması qaydaları barədə Təlimatın 12-ci bəndinə əsasən İrəvan Şiə Quberniya Məclisi cari ilin 11 fevral tarixində... Ordubad şəhər sakini Molla Mir Yəhya Seyid Məmməd oğluna məhəllə mollası adının verilməsinə dair imtahan protokoluna baxmışdır. Molla Mir Yəhya Seyid Məmməd oğlu Zaqafqaziya Şiə Ruhani İdarə Heyəti tərəfindən məhəllə mollası adının daşınmasına layiq görülmüş və bunun təsdiqi kimi ona İdarə Heyətinin sədri və üzvləri tərəfindən imzalanmış və möhürlə möhürlənmiş şəhadətnamə verilmişdir.

Zaqafqaziya Şiə Ruhani İdarə Heyətinin sədri: Şeyxülislam-Axund M.Q.Tahirov, üzvlər: Talıbzadə, Axund M.Q., Mövlazadə, katib: Ş.Kostin".

İşin nəticəsinə gəldikdə, bu barədə İrəvan Quberniya Məclisinin sədri Axund Qazızadə və digər üzvlər tərəfindən imzalanıb 15 yanvar 1905-ci il tarixdə İrəvan şəhərindən vitse-qubernatora ünvanlanmış cavab məktubunda deyilir: "Ordubad şəhər sakini Molla Mir Yəhya Mir Məmməd oğlunun Ordubad sahə qazısı vəzifəsinə təyin olunması barədə İrəvan Quberniya Məclisinin İdarə Heyətinə 31 dekabr 1904-cü il tarixli, 6119 nömrəli imza ilə göndərilən xahişnaməsi (xahişnamənin tarixi ilə uyğun gəlmir - Y.X.) qaytarılmaqla Quberniya Məclisi çatdırılmasını şərəf bilir ki, adı çəkilən şəxs məhəllə mollası adının daşınması barədə attestatı olsa belə, o, məhəllə mollası kimi görünməmişdir ("görünməmişdir" sözü ilə nə deyilməyə çalışıldığı anlaşılmır - Y.X.). Məclis onun xahiş etdiyi Ordubad qazısı vəzifəsinə təyin olunmasını uyğun olmadığını hesab edir".

Naxçıvanda 1892-ci illərdə vəba xəstəliyinin yayılması barədə də müəyyən məlumatlar əldə etməyə imkan verən İrəvan quberniyası İdarə Heyətinin 1905-ci ilin aprel ayının 26-da başlayıb həmin ilin iyul ayının 13-də qurtaran başqa bir işi də maraq doğurur (Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1, iş 2394, v.1-4). İş Naxçıvan şəhəri "Əlixanlı" baş məscidinin məhəllə mollası Molla Əli Hüseynzadənin ona Naxçıvan qəza qazısı vəzifəsinin verilməsi barədədir.

Qubernator Tuzenqauzen və vitse-qubernator Taranovski tərəfindən (müşavir Ter-Saakov və kargüzar Balyasnıy) Müsəlman Ruhani Məclisinə ünvanlanan müraciətdə deyilir: "Naxçıvan şəhər məhəllə molları Şeyx-Əbdül Kərim Axundzadənin və Molla Əli Hüseynzadənin onlara Naxçıvan qəza qazısı vəzifəsinin verilməsi ilə bağlı məlumat vərəqələri Sizə göndərilməklə geri qaytarmaq şərti ilə öz rəyinizi təqdim etməyə göstəriş verirəm".

Bu müraciətdən aydın olur ki, Naxçıvan qəza qazısı vəzifəsinə təyin olunmaq üçün iki molla namizəd olmuşdu. Lakin iş materiallarında Şeyx-Əbdül Kərim Axundzadə haqqında məlumatlar yoxdur.

Molla Əli Hüseynzadənin 22 aprel 1905-ci il tarixdə qubernatora ünvanlamış olduğu xahişnaməsinin mətni isə belədir:

"Zati-aliləri İrəvan qubernatoru cənablarına.

Nöqsansız olaraq 22 ildən artıq xidmət edərkən mən üzərimə qoyulan vəzifələri səliqəli icra etmişəm. 1889-cu ildə Naxçıvan "Əlixanlı" məscidinin məhəllə mollası olduğum zaman mənim üzərimə dörd şəhər məhəlləsinin idarə edilməsi qoyulmuşdur. Bu, Zaqafqaziya Şiə Ruhani İdarəsinin 3 oktyabr 1889-cu il tarixli, 456 nömrəli göstərişinə əsasən verilmiş İrəvan Quberniya Məclisinin 8 oktyabr 1889-cu il tarixli 544 nömrəli göstərişindən görünür. "Cümə" baş məscidinin məhəllə mollası vəzifəsinə isə mən Siz Zati-alilərinin canişininin 22 avqust 1890-cı ilin 5161 nömrəli göstərişinə əsasən təyin olunmuşam. 1892-ci ildə vəba xəstəliyi zamanı sabiq yerli qazı vəfat etdikdə mən sabiq qəza rəisi Slavoçinskinin təklifinə əsasən bütün məhəllələr üzrə vəba xəstəliyindən vəfat etmiş müsəlmanların dəfn edilməsi ilə bağlı bütün dini tələbləri yerinə yetirmişəm (bir gündə 20-30 nəfər ölürdü). Bu çətin vaxtlarda mənim xidmətlərim barədə polkovnik Slavoçinski şəxsən general-leytenant Freze qarşısında sonuncu Naxçıvan şəhərində olarkən bildirmiş, buna görə də mən Zati-alilərinin şəxsi təşəkkürünün alınmasına layiq görülmüş, bundan başqa, qəza rəisinin təqdimatı əsasında mənə vəba xəstəliyi yayılan dövrdə göstərdiyim işə görə mükafat qismində yerli qazının aldığı məvacibindən əmələ gəlmiş qalıqdan 90 rubl verilmişdir (qazının ölümündən yerli qazının təyin olunması gününədək).

Yuxarıda göstərilənləri Sizə Zati-alilərinə məruzə edərək mənim uzun müddət qüsursuz xidmətimi nəzərə alaraq 21 aprel tarixində vəfat etmiş Naxçıvan qazısının ölümü ilə açılmış Naxçıvan qəza qazısı vakant vəzifəsinə təyin olunmağımı acizanə xahiş etməyi şərəf bilirəm".

Həmin il Naxçıvan qəza rəisinə verilmiş 2637 nömrəli cavab isə belə olmuşdur: "Naxçıvan qəza rəisinə təklif edirəm ki, Naxçıvan şəhər baş məscidi mollası molla Əli Hüseynzadəyə elan edəsiniz ki, onun Naxçıvan qəza qazısı vəzifəsinə təyin edilməsi barədə vəsatəti təmin edilə bilməz".

Təəssüf ki, onun təyin olunmamağının səbəbinə dair arxiv materiallarına başqa heç bir sənədə rast gəlmədik.

Naxçıvan MR Dövlət Arxivində saxlanılan İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyin edilməsi ilə bağlı bir iş 1906-cı ilin may ayında başlayıb həmin ilin iyun ayının 28-də qurtaran Keştaz məhəllə mollası Hacı Şeyx Əbdül Həmid Molla Tağızadənin ona Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə verilməsi ilə əlaqədar toplanmış sənədlər haqqındadır (Naxçıvan MR Dövlət Arxivi, f. 24, s.1, iş 2320, v.1-8). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 29 aprel 1906-cı il tarixli xahişnaməsində yazılmışdır:

"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.

Şərur-Dərələyəz qəza qazısının İrəvan kişilər gimnaziyasına göndərilməsi ilə əlaqədar həmin yer vakant olaraq qalır. Ona görə də Sizdən Zati-alilərinizdən mənim Şərur-Dərələyəz qəza qazısı vəzifəsinə təyin edilməyimi acizanə xahiş etməyi şərəf bilirəm. Yerli Polis İdarəsinin barəmdə olan rəyləri və sənədlər 1903-cü ildən Sizin dəftərxanada saxlanılır".

Vitse-qubernator tərəfindən İrəvan Quberniya Məclisinə ünvanlanmış 10 may 1906-cı il tarixli, 2325 nömrəli müraciətdə deyilir: "Şərur-Dərələyəz qəzasının Keştaz məhəllə mollası, Ərəb-Zeycə kənd sakini Hacı Şeyx Əbdül Həmid Molla Tağızadənin ona Şərur-Dərələyəz qəza qazısı vəzifəsinin verilməsinə dair xahişnaməsini Sizə göndərməklə Qubernatorun əmrinə əsasən Quberniya İdarə Heyəti həmin xahişnaməni geri qaytarmaqla Məclis tərəfindən həmin vəsatətin təmin edilməsi ilə bağlı maneənin və "Axund" adının olub-olmaması ilə bağlı məlumat verilməsinə göstəriş verir".

Həmin göstərişə İrəvan Quberniya İdarə Heyəti 26 may 1906-cı il tarixdə belə cavab verir: "Geri qaytarılmaqla Quberniya Məclisi özünə çatdırılmasını şərəf bilir ki, adı qeyd edilmiş Hacı Şeyx Əbdül Həmidin vəsatətinin təmin edilməsi üçün heç bir maneə və həmin şəxsdə "Axund" adına dair şəhadətnamə yoxdur".

Təəccüb doğuran hal odur ki, əgər qəza qazısı olmaq üçün "Axund" adının olması şərt idisə, görəsən, Quberniya İdarə Heyəti nə üçün bu ada dair şəhadətnaməsisiz birinin qazı olmaq vəsatətinin təmin edilməsinə maneə olmamasını bildirmişdi?

Qubernator bundan təxminən 10 gün sonra, daha dəqiq desək, 6 iyun 1906-cı il tarixdə 133 nömrəli cavab məktubu ilə Şərur-Dərələyəz qəzasının qazı vəzifəsinin icra edilməsini müvəqqəti olaraq həmin qəzanın Keştaz məhəllə mollası, Ərəb-Zeyçə kənd sakini Hacı Şeyx Əbdül Həmid Molla Tağı oğluna həvalə edilməsini, bu barədə məlumat üçün və müvafiq sərəncam verilməsi məqsədilə Quberniya Məclisinə bildirmişdir.

Şərur-Dərələyəz qəza rəisinin İrəvan Quberniya İdarə Heyətinə Baş Noraşen kəndindən 9 iyun 1906-cı il tarixli, 1762 nömrəli sorğu ünvanlanır ki, "Cənab İrəvan quberniyasının 6 iyun 2707 nömrəli göstərişinə əsasən Quberniya İdarə Heyətindən xahiş edirəm mənə bildirilsin ki, hansı tarixdən Şərur-Dərələyəz qəza qazısının vəzifəsinin icra edilməsi həvalə edilmiş Hacı Şeyx Əbdül Həmid Molla Tağı oğlunun təminatı təmin olunmalıdırmı?"

Quberniya İdarə Heyətindən isə sorğuya 28 iyun 1906-cı il tarixli, 3116 nömrəli cavab belə olub: "Quberniya İdarə Heyəti Sizə bildirir ki, Şərur-Dərələyəz qəza qazısı vəzifəsinin müvəqqəti icrana buraxılmış Hacı Şeyx Əbdül Həmid Molla Tağı oğlunun qeyd olunan vəzifənin yerinə yetirilməsinə faktiki başladığı gündən təminatı təmin edilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see236

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see226

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri