Icma.az
close
up
RU
525 ci qəzet Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda Yunis Xəlilov yazır

525 ci qəzet Naxçıvan və İrəvanda dini ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda Yunis Xəlilov yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

Çar Rusiyası hər zaman var qüvvəsi ilə "dişini qıcıdığı" Cənubi Qafqazda, xüsusilə də Şimali Azərbaycanda 1840-cı ildə yeni inzibati-ərazi və məhkəmə islahatları həyata keçirib. Belə ki, həmin ilin 10 aprel tarixində çar I Nikolay tərəfindən "Qafqaz diyarının idarə olunması üçün təsisat" adlı inzibati-məhkəmə islahatını nəzərdə tutan layihə təsdiq edilmiş, həmin layihə qanuni qüvvəsini almışdı.

I Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları "erməni vilayəti" adlı bir inzibati bölgüdə birləşdirilmişdisə, həmin inzibati-məhkəmə islahatından sonra göstərilən vilayət ləğv edilmiş, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılmış, Naxçıvan qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatılmışdı.

İslahatlar nəticəsində ölkəmizdə əsrlərdən bəri mövcud olan məhkəmə sistemi bütövlüklə rus məhkəmə sistemi ilə əvəz edildi. Belə ki, islahatlara görə rus dilində fəaliyyət göstərən qəza məhkəmələri, eləcə də quberniya və vilayət, cinayət və mülki məhkəmə palataları yaradıldı (Z.Şahverdiyev. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008, səh. 44).

Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən qəza məhkəməsi əsasən notarial, əmlak, mülki, torpaq, oğurluq və ümumiyyətlə, polis orqanları tərəfindən daxil olmuş cinayət işlərinə baxmaq funksiyasını yerinə yetirirdi. Naibin başlıca vəzifəsi şikayətə baxmaq və əhali arasında mübahisə, dalaşma işləri ilə qanun üzrə məşğul olmaq idi (F.Cəfərov. Naxçıvan qəza polisi (1828-1920-ci illər). Bakı, "Nurlan", 2008, səh. 10).

10 aprel 1840-cı il tarixli qanun Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa başlanıldı. Həmin qanun dini məhkəmələrə də əhəmiyyətli səlahiyyətlər verdi. Belə ki, müsəlmanlar şəriət qaydaları əsasında müəyyən mülki işlərini həll edə bilərdilər (A.Milman. Politiçeskiy stroy Azerbaydjan v 19 - naçale 20 vekov. Baku, Azerneşr, 1966, s. 122).

1849-cu ildə İrəvan quberniyası təşkil edildi ki, Naxçıvan və Ordubad qəzaları İrəvan quberniyasına verildi. İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi.

Bu dövrlərdə şəri məhkəmələrinin səlahiyyətləri məhdudlaşdırılsa da, hətta XIX əsrin sonlarında, eləcə də XX əsrin əvvəllərində belə müsəlmanlar öz mülki mübahisələrinin həllində qazılara üz tutur, dini işlər üzrə ədalət mühakiməsi məhz qazılar tərəfindən həyata keçirilirdi. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da qazılar fəaliyyət göstərmişdir.

Arxiv sənədlərin araşdırılması nəticəsində XIX əsrin sonu, eləcə də XX əsrin əvvəllərində Naxçıvanda fəaliyyət göstərmiş olan bir neçə qazının adı, qazı olmaq arzusunda olan dindarların bəzilərinin şəxsiyyətlərinə dair maraqlı məlumatları, habelə həmin dövrdə qazı olmaq üçün prosedur qaydaları əldə etmişik. Maraqlıdır ki, qazı olmaq üçün bəzi dindarların ünvanladıqları ərizələr müxtəlif səbəblər göstərilərək təmin olunmamış, bəzilərinin barəsində verilmiş xasiyyətnamələrdə isə onların fanatik olmamaları, xüsusilə bölgədə yaşayan ermənilər tərəfindən rəğbətlə qarşılanmalarının müsbət hal kimi qiymətləndirilməsi göstərilmişdi.

1883-cü ildə Naxçıvan qəzasının qazısı Axund Hacı Molla Saleh Məhsunzadə, Şərur-Dərələyiz qəzasının qazısı Axund Hacı Molla İsmayıl Nadirzadə, Ordubad qəzasının qazısı isə Axund Mehdi Məhəmmədzadə olmuşdu.

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində İrəvan quberniyasının İdarə Heyətinin qazıların təyin edilməsi ilə bağlı bir sıra işlərinə dair materiallar saxlanılır ki, onlardan birinə nəzər salmaq maraqlı olardı. Məlum edək ki, 01 fevral 1895-ci ildə başlayıb 14 fevral 1895-ci ildə qurtaran İrəvan quberniyasının İdarə Heyətinin bu işi Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə ilə bağlıdır (Naxçıvan MR Dövlət Arxivi, f. 23m, s.1, iş 1147, v.1-18). İş materiallarında onun İrəvan qubernatoruna ünvanladığı 26 yanvar 1895-ci il tarixli ərizəsində yazılıb:

"Zati-aliləri, İrəvan qubernatoru cənablarına

Siz Zati-alilərinə həvalə edilmiş İrəvan quberniyasında dini sahədə xidmət etmək arzusunda olduğumdan özümə şərəf bilərək mənim Naxçıvan qəza qazısı vakant vəzifəsinə təyin edilməyim barədə sərəncam verməyinizi xahiş edirəm. Bununla bərabər, sizə hazırkı vəzifə ilə bağlı mənim xidmətimə dair formulyar siyahının təsdiq olunmuş nüsxəsini, 80 qəpik dəyərində gerb markasını təqdim edirəm".

Onun tərəfindən tərtib edilmiş 4 mart 1893-cü il tarixli formulyar siyahıdan aydın olur ki, Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadənin 35 yaşı vardır. Onun fərqlənmə nişanları yoxdur, ildə 300 manat məvacib alır. İki evi vardır, biri Şuşa şəhərində, digəri isə atadan qardaşları ilə ona miras qalmış Cavanşir qəzasının Alnavat kəndində yerləşir. O, təhsilini (arxivdə saxlanılan orijinal sənəddə "tərbiyəsi"ni yazılmışdır - Y.X.) əvvəlcə Şuşa şəhərində, sonra isə Yelizavetapol şəhəri "Cuma" məscidi nəzdində yerləşən mədrəsədə almışdır. Elmlərin tam kursunu bitirdikdən sonra öz doğma ana dilində, eləcə də fars və ərəb dillərində 23 noyabr 1891-ci ildə Zaqafqaziya Şiə Ruhani İdarəsinin İdarə Heyətində "Axund" elmi dərəcəsini alması ilə bağlı imtahandan keçmişdir. Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə Tiflis qubernatorunun 22 fevral 1892-ci il tarixli, 664 nömrəli göstərişinə əsasən Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü vəzifəsinə təsdiq edilmişdir. Onun ailəsi haqqında isə qeyd olunur ki, o, Şuşa sakini Kərbəlayi Əli Əsgər Məşədi Məhəmməd Hüseyn oğlunun qızı Sona ilə evlənib. Müsəlman dini məzhəbinə aid olan arvadından uşağı yoxdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində həmin işdə saxlanılan 24 yanvar 1895-ci il tarixli sənəddə qeyd olunur ki, bu formulyar siyahının hazırkı nüsxəsinin həqiqiliyi Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin imzası və vurulmuş möhürü ilə təsdiqlənmiş Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadənin raportu əsasında ona verilmişdi.

Onun İrəvan qubernatoruna ünvanladığı 26 yanvar 1895-ci il tarixli ərizəsi ilə bağlı qubernatordan 14 fevral 1895-ci il tarixdə Tiflis polismeysterinə aşağıdakı məzmunda cavab alınıb:

"...Zati-alilərinizdən xahiş edirəm ki, Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadəyə elan etməyi əmr edəsiniz ki, onun mənə həvalə edilmiş quberniyasının Naxçıvan qəza qazısı vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi məlumat vərəqəsi qeyd olunan vəzifənin başqa şəxs tərəfindən əvəz edildiyi üçün nəticəsiz qalmışdır".

Dəftərxana rəisinin qeydinə nəzər saldıqda, görürük ki, qubernatorun sözü gedən cavab məktubu İrəvan quberniyasının İdarə Heyətinə təqdim edilmiş, polismeyster köməkçisi və konselyariya rəisinin imzası ilə təsdiq edilmiş 23 fevral 1895-ci il tarixli qeydlə onun 6-cı sahənin pristavına icra edilməsi üçün, lazım gələrsə, sonuncudan çatdırılmasına dair məlumat tələb olunmaqla növbəti sahəyə göndərilməsi tələb olunmuşdu.

Arxivdəki işdə saxlanılan Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə tərəfindən öz imzası ilə pristava verilmiş iltizam isə onu deməyə əsas verir ki, bir gün sonra, yəni 24 fevral tarixində qubernatorun həmin göstərişinin məzmunu ona elan edilmişdi.

Lakin rədd cavabı almasına baxmayaraq, o, israrla 4 mart 1895-ci il tarixdə yenidən eyni məzmunlu məktubla İrəvan qubernatoruna müraciət edərək yenə də Naxçıvan qəza qazısı vakant vəzifəsinə təyin edilməsini xahiş etmiş, xidməti ilə bağlı formulyar siyahının İrəvan quberniyasının İdarə Heyətinin işlərində saxlandığını bildirmişdi.

14 aprel 1895-ci il tarixli, 2310 nömrəli sənəddən aydın olur ki, həmin məktub İrəvan quberniyasının İdarə Heyətinə göndərilib.

Bu məktuba qubernatordan Zaqafqaziya Şeyxülislamına ünavnlanmış 22 mart 1895-ci il tarixli, 815 nömrəli cavab məktubunun məzmunu isə aşağıdakı kimi olub: "Zati-alilərinə bildirməyi şərəf bilirəm ki, Naxçıvan qəza qazısı vəzifəsi layiqli şəxs tərəfindən tutulduğundan Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadənin həmin vəzifənin ona müvəqqəti verilməsi ilə bağlı xahişi qəbul oluna bilməz və bu barədə axunda elan edilməsi xahiş olunur".

Bununla bağlı İrəvan qubernatoru, eləcə də general-leytenant vitse-qubernator və müşavir əvəzinə katib-kargüzarın imzası ilə ikinci dəfə Tiflis polismeysterinə 22 mart tarixli, 816 nömrəli aşağıdakı məzmunda məktub ünvanlanmışdı: "Sizdən, Zati-alilərinizdən xahiş edirəm ki, Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadəyə elan edilməsini əmr verəsiniz ki, onun Naxçıvan qəza qazısı vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi məlumat vərəqəsi qeyd olunan vəzifə baş qərargahın başqa şəxsi tərəfindən tutulduğundan tərəfimdən təmin edilməmişdir".

Haqqında söhbət açdığımız məktub isə 8 aprel tarixində Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadəyə elan edilib.

Beləliklə, İrəvan quberniyasının İdarə Heyətinin Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə ilə bağlı olan işi aşkar şəkildə onu deməyə əsas verir ki, fars və ərəb dillərini bilən özünü yetişdirmiş bu din xadiminin Naxçıvan qəzasında vakant olan qazı vəzifəsinə "həmin vəzifənin baş qərargahın "layiqli" şəxsi tərəfindən icra edilməsi" bəhanəsi ilə təyin olunmaması bu cür savadlı din xadimlərinin Rusiyanın çar hakimiyyətinin maraq və mənafelərinə uyğun gəlməməsindən qaynaqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri