Icma.az
close
up
RU
Naxçıvana bombalar düşürdü

Naxçıvana bombalar düşürdü

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mən 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində anadan olmuşam. Uşaq vaxtlarım yadıma düşəndə ən çox yadda qalan hadisələrdən biri Ermənistan-Azərbaycan münaqişəsi dövründə yaşadıqlarımızdır. O vaxtlar Naxçıvana və ətraf rayonlara düşmən tərəfindən tez-tez mərmilər atılırdı, bombalar düşürdü. Naxçıvan blokada vəziyyətində idi və insanlar çox çətin günlər yaşayırdı.
Yadıma gəlir ki, Şərura bombalar düşəndə kəndin, şəhərin kişiləri döyüşə gedirdi. Qadınlar və uşaqlar isə qorunmaq üçün zirzəmilərə, sığınacaqlara yığışırdıq. O günlər həqiqətən çox ağır idi. Mərmilərin, topların səsi hələ də qulağımdadır. Uşaqlıq travması kimi yaddaşımda qalıb.
2020-ci ildə  44 günlük Zəfərdən sonra Naxçıvan əhalisi çox sevindi. Hamı ümid etdi ki, Zəngəzur dəhlizi açılacaq və nəhayət Bakı ilə Naxçıvan arasında quru yol bərpa olunacaq. Hətta ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyev də çıxışlarında demişdi ki, artıq Naxçıvana tanklarla yox, öz şəxsi avtomobillərimizlə gedəcəyik. Bu sözlər bizə böyük ümid vermişdi.
Amma son günlər regionda yenidən gərginlik, müharibə söhbətləri eşidilir. Dünən İran rejiminin Naxçıvan istiqamətində dron hücumu xəbərləri məni çox sarsıtdı. Bu xəbəri eşidəndə öz uşaqlığım yadıma düşdü. Fikirləşdim ki, orada yaşayan məktəblilər, uşaqlar görəsən nə hiss edir? Onlar da bizim kimi qorxu yaşayırmı? Görəsən onların yaddaşında da bu səslər illərlə travma kimi qalacaqmı?
Mənim tək arzum budur ki, regionda sülh olsun. Qonşu dövlətlərin bir-birinə silah, mərmi atması insanlığa və insan hüquqlarına ziddir. Qonşuya hücum etmək, qorxu yaratmaq heç vaxt yaxşı nəticə vermir.
Allah xalqımızı, millətimizi qorusun. Arzum budur ki, gələcək nəsillər bizim gördüyümüz müharibə səhnələrini görməsin və uşaqlar sülh içində böyüsünlər.
"İnkişafa və islahatlara dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri