Naxçıvana düşən dronun üzərinə nə yazılıb? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya “İstehsalat Birliyi” ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.
Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, “İstehsalat Birliyi” ifadəsi PUA-nın üzərində deyil. Sözügedən yazı hadisə yerindən qalıqların çıxarılması məqsədilə istifadə olunan torbaların üzərində yazılıb.
Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə “İstehsalat Birliyi” yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.
Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı “Araş-2” PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.
Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:400
Bu xəbər 06 Mart 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















