Icma.az
close
up
RU
Naxçıvanda 2 qadına ağır cəza Boğdular, quyuya atdılar...

Naxçıvanda 2 qadına ağır cəza Boğdular, quyuya atdılar...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə cəmiyyətin yaddaşında uzun müddət qalacaq bir cinayət işi üzrə hökm elan olunub. 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidova tamah məqsədilə törədilmiş xüsusilə qəddar qətldə təqsirli bilinərək uzunmüddətli azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə həbs cəzası alıb. Hər iki qadının üç övlad anası olması isə hadisənin faciəvi yükünü daha da ağırlaşdırır.

İttihama görə, hadisə ötən ilin 19 aprel tarixində Şərur rayonunun Oğlanqala kəndində baş verib. Tək yaşayan, 75 yaşlı Zeynəb İsmayılova kənddə imkanlı qadın kimi tanınıb. Onun insanlara borc verməsi, üzərində həmişə pul gəzdirməsi isə sonradan onun həyatına son qoyan səbəblərdən birinə çevrilib.

İstintaq materiallarına görə, Aypara Əsgərova maddi sıxıntılar içində olub və bu vəziyyətdən çıxış yolu kimi cinayət planı qurub. O, rəfiqəsi Firuzə Seyidova ilə birlikdə Zeynəb İsmayılovanın pullarını ələ keçirmək üçün əvvəlcədən razılaşıb.

Hadisə günü Zeynəb İsmayılova heç nədən şübhələnmədən Aypara Əsgərovanın evinə gəlib. Paltarlarını yumaq üçün paltaryuyan maşını işə salıb.

Qadın paltarları götürmək üçün əyildiyi anda arxadan çəkic və dəmir linglə başına ardıcıl zərbələr endirilib. Ağır yaralanan Zeynəb İsmayılova yerdə can verərkən belə, ona aman verilməyib, boğularaq öldürülüb. Qətli törədənlər bununla kifayətlənməyiblər. Meyiti gizlətmək üçün onu adyala bükərək həyətlərindəki su quyusuna atıblar. Daha sonra pul və qızılları bölüşdürərək, cinayətin izini itirmək üçün kənddə yalan məlumatlar yayıblar.

Lakin qətldən sonra Aypara Əsgərovanın qəfil borclarını ödəməsi istintaqçıların diqqətindən yayınmayıb. Polis iti isə bu qanlı sirri açan əsas “şahid” olub. İt birbaşa həmin həyətə gedərək quyunun başında dayanıb. FHN əməkdaşlarının müdaxiləsi ilə quyudan çıxarılan Zeynəb İsmayılovanın başı yarılmış-əzilmiş meyiti aşkar olunub. Bu isə artıq bütün suallara cavab verirdi.

Məhkəmə-tibbi ekspertiza Zeynəb İsmayılovanın kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkar edib. Bu xəsarətlərin hər biri ölümcül olub. Saxlanıldıqdan sonra Aypara Əsgərova cinayəti etiraf edib. O bildirib ki, məqsədi pulları ələ keçirərək ölkədən qaçmaq olub. Hətta Türkiyəyə getməyi planlaşdırırmış.

Bu hadisə bir daha göstərir ki, tamahın sərhədi yoxdur və o, insanı ən ağır cinayətə belə sürükləyə bilir. Sosial problemlər, maddi çətinliklər isə heç vaxt insan həyatına qəsd üçün bəraət ola bilməz. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri