Naxçıvanda ağır QƏZA: Avtomobil hissələrə bölündü, iki nəfər ÖLDÜ
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.
Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.
Nəticədə Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Mənsur Mərdan oğlu Zamanov hadisə yerində həlak olublar.
Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın oğlu Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi xilasetmə qrupu cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yol qəzasında "Mercedes-Benz" markalı avtomobil hissələrə bölünüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Avqust 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















