Naxçıvanda “Arşın mal alan” tamaşasının premyerası keçirilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Arşın mal alan” operrettası əsasında hazırlanmış eyni adlı tamaşanın ilk nümayişi olub.
Naxçıvan Dövlət Kukla Teatrında keçirilən tədbirdə əvvəlcə teatrın foyesində qurulmuş sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə teatrın direktoru Səyyad Məmmədov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 fevral 2025-ci il tarixdə “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq dahi bəstəkarın yubileyi ölkə səviyyəsində yüksək şəkildə qeyd olunur. Məhz bu günkü tamaşa da dahi bəstəkarın 140 illiyinə həsr olunub.
Sonra marionetka üsulu ilə hazırlanmış “Arşın mal alan” tamaşası izləyicilərə təqdim olunub.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyevdir.
Baxış sayı:127
Bu xəbər 30 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















