Icma.az
close
up
RU
Naxçıvanda ASM lər üzərindən imtiyazlı dərman paylanılmasına başlanılıb

Naxçıvanda ASM lər üzərindən imtiyazlı dərman paylanılmasına başlanılıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eləcə də əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə bölgələrdə yaradılmış ailə sağlamlıq mərkəzlərində (ASM) imtiyazlı dərman vasitələrinin paylanmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq muxtar respublika üzrə 10 mindən çox vətəndaş yaşadığı əraziyə yaxın ASM-lərə müraciət edərək Dövlət proqramlarına (şəkərli diabet və s.) uyğun olaraq onlara təyin edilmiş dərmanları rahatlıqla əldə edə biləcək. Bu təşəbbüs vətəndaşların dərman təminatına əlçatanlığı artıraraq sosial rifahın yüksəldilməsinə xidmət edir.

Prosesin ilk mərhələsi Ordubad rayonundan başlanılıb. Belə ki, rayonun Dırnıs, Dəstə və Vənənd Kənd Ailə Sağlamlıq mərkəzlərində dərmanların təhvil verilməsi həyata keçirilib. Mərhələli şəkildə davam edəcək bu proses çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə 32 Ailə Sağlamlıq Mərkəzinin hər birində imtiyazlı dərmanların paylanılması nəzərdə tutulub.

Qeyd edək ki, imtiyazlı dərman vasitələrinin paylanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı vahid dərman portalı üzərindən icra edilir. Bu yanaşma prosesin şəffaflığını və effektivliyini təmin edərək, dərmanların düzgün bölgüsünə nəzarət imkanı yaradır.

ASM-lər vasitəsilə dərmanların vətəndaşlara çatdırılması səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və sosial həssas qrupların dəstəklənməsi baxımından mühüm bir addımdır. Bu prosesin daha da təkmilləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən davamlı olaraq nəzarət və təhlillər aparılır.

Naxçıvan Muxtar Respublikasında səhiyyə sektorunun inkişafı və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən bu və digər layihələr vətəndaş məmnuniyyətini artırmaqla yanaşı, dövlətin sosial siyasətinin uğurlu icrasını bir daha nümayiş etdirir.

Səbuhi HƏSƏNOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri