Naxçıvanda “Autizm spektr pozuntusu üzrə etik terapiya modeli və inkişaf strategiyaları” adlı elmi konfrans keçirilib VİDEO/FOTOLAR
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Dekabrın 17-də “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin bir illiyinə həsr olunmuş “Autizm spektr pozuntusu üzrə etik terapiya modeli və inkişaf strategiyaları” elmi konfransı keçirilib.
Tədbirin açılışında qonaqları salamlayan “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Ayaz Seyidli tədbirin əhəmiyyətindən bəhs edərək AUDİB-in yaranma məqsədləri, ötən bir il ərzində həyata keçirilən layihələr, autizmli uşaqların sosial inteqrasiyası və cəmiyyətin bu mövzuda maarifləndirilməsi istiqamətində görülən işlər barədə hesabat təqdim edib.
Daha sonra çıxış edənlər – Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Xavər Babayeva, Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Bəhruz Məmmədov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev, Türk Dünyası Media, Reklam və Marketing Birliyinin qurucusu Xəyalə Mütəllimova və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Günay Ağayeva autizm spektr pozuntusundan əziyyət çəkən uşaqların erkən diaqnostikası, reabilitasiyası, təhsilə və cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb, dövlətimizin bu sahədə həyata keçirdiyi sosial proqramlar, inklüziv təhsil və səhiyyə yönümlü islahatlar barədə ətraflı məlumat verib, bu tədbirin həm ictimai maarifləndirmə baxımından, həm də aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Konfrans daha sonra Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimlinin moderatorluğu ilə “Autizm üzrə gələcək yanaşmalar: Multidissiplinar dəstək, elmi yanaşmalar və milli strategiyalar” və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayevanın moderatorluğu ilə “Autizmin elmi əsasları, hüquqlar və ticarətləşmənin qarşısının alınması” mövzularında panel sessiyalarla işini davam etdirib.
Tədbirin sonunda konfrans iştirakçılarına təşəkkürnamələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Autizm Spektr Pozuntusu olan uşaqlara xüsusi dəstək
25 İyul 2025 14:08
Autizm spektr pozuntusu olan uşaqlar evdən qaçırsa, …
22 Noyabr 2024 17:14
V Autizm Festivalı keçirilib FOTOLAR
18 May 2025 14:18
Naxçıvanda MMA üzrə açıq birincilik keçirilib FOTOLAR
19 İyul 2025 11:49
Naxçıvanda “Klinik laborator diaqnostikada müasir prinsiplər” adlı konfrans keçirilib Fotolar
17 Dekabr 2024 14:59
Baxış sayı:79
Bu xəbər 18 Dekabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları