Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvanda ayı hücumuna məruz qalan kişinin vəziyyəti stabildir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən (TMİB) məlumat verilib.
Məlumatda bildirilir ki, Babək rayonunun Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov hər iki bud, baldır, sağ said əl, qarın nahiyəsinin ayı dişləməsindən sonrakı əzilmiş, didilmiş və cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.
Xatırladaq ki, Babək rayonunun Payız kəndində ayı ata və oğula hücum çəkib.
Hadisə nəticəsində Məzahir Məmmədov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı
20 Oktyabr 2025 10:08
Naxçıvanda bank əmanətləri 51 % artıb
15 Yanvar 2025 13:02
Naxçıvanda evdə 54 yaşlı kişinin meyiti tapıldı
06 Oktyabr 2025 15:27
Naxçıvanda aprel ayının pensiyaları ödənildi
08 Aprel 2025 16:32
Naxçıvanda noyabr ayının pensiyaları ödənilib
07 Noyabr 2024 20:31

