Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvanda ayı hücumuna məruz qalan kişinin vəziyyəti stabildir.
Bunu Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən (TMİB) məlumat verilib.
Məlumatda bildirilir ki, Babək rayonunun Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov hər iki bud, baldır, sağ said əl, qarın nahiyəsinin ayı dişləməsindən sonrakı əzilmiş, didilmiş və cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.
Xatırladaq ki, Babək rayonunun Payız kəndində ayı ata və oğula hücum çəkib.
Hadisə nəticəsində Məzahir Məmmədov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Samir Əli

Naxçıvanda bank əmanətləri 51 % artıb
15 Yanvar 2025 13:02
Naxçıvanda evdə 54 yaşlı kişinin meyiti tapıldı
06 Oktyabr 2025 15:27
Naxçıvanda aprel ayının pensiyaları ödənildi
08 Aprel 2025 16:32
Naxçıvanda noyabr ayının pensiyaları ödənilib
07 Noyabr 2024 20:31
Naxçıvanda may ayının pensiyaları ödənildi
08 May 2025 10:26

