Icma.az
close
up
RU
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub

Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Naxçıvanda fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərə yeni avadanlıq və ləvazimatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə kənd təsərrüfatı naziri vəzifələrini icra edən, nazir müavini Xəyalə Dadaşova mal-qaranın sağlamlığının qorunmasının birbaşa insan sağlamlığına xidmət etdiyini vurğulayıb. Bu sahədə aidiyyəti dövlət qurumlarının, o cümlədən istehsalçıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən nazir müavini dövlət dəstəyi hesabına vaksin ehtiyatı yaradıldığını, mütəmadi olaraq bölgələrdə peyvəndləmə tədbirlərinin aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, vaksin ehtiyatı yaradılarkən onların saxlanması və daşınması zamanı soyuq zəncir prinsiplərinə əməl olunmalıdır. Soyuq zəncir prinsipləri gözlənilmədikdə vaksinlər keyfiyyətini itirir. Eyni zamanda, dezinfeksiya işləri apararkən fərdi geyim vasitələri ilə təminat da həyata keçirilməlidir. Bütün bunlar nəzərə alınaraq nazirlik tərəfindən fərdi baytarlarlıq xidməti ilə məşğul olan şəxslər üçün yeni avadanlıq və ləvazimatlar alınıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında heyvandarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi yer alıb”, - deyən Xəyalə Dadaşova bu sahənin inkişaf etdirilməsi məqsədilə damazlıqla məşğul olan heyvandarlıq təsərrüfatlarının formalaşdırılması istiqamətində də iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, nazirlik tərəfindən damazlıq heyvandarlıq təsərrüfatının uçota alınmasına dair xidmətlərin göstərilməsi üçün reqlament təsdiq edilib. Reqlamentdə ölkəmizin digər bölgələrinə münasibətdə fərqli yanaşma tətbiq olunub. Belə ki, ölkəmizin digər bölgələrində cins iribuynuzlu heyvanların damazlıq təsərrüfatı üzrə 100 baş inəyin və 80 baş camışın olması tələb edilirsə, muxtar respublika üzrə say 30 baş inək və 10 baş camışdır. Xırdabuynuzlu heyvanlara münasibətdə isə ölkəmizin digər bölgələrində 500 baş ana qoyunun və 200 baş ana keçinin olması mütləqdirsə, muxtar respublikada 150 baş qoyunun və 50 baş keçinin olması nəzərdə tutulub.

Sonra digər çıxışlar dinlənilib, yeni təqdim olunan avadanlıqlara baxış keçirilib.

Qeyd edək ki, muxtar respublika üzrə fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslər üçün 87 soyuducu, 100 dezinfeksiya aparatı və 100 termoçamadan, zəruri ləvazimatlar və geyim dəstləri alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri