Icma.az
close
up
RU
Naxçıvanda fermer təsərrüfatında aşkarlanan 3 bezoar keçi balası təbiətə buraxılacaq

Naxçıvanda fermer təsərrüfatında aşkarlanan 3 bezoar keçi balası təbiətə buraxılacaq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasında fermer təsərrüfatında sürüyə qarışan bezoar keçiləri aşkar olunub. 3 ədəd bezoar keçi balası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hələ ki, bala olan dağ keçilərinin təbiətə buraxılması onların yaşaması üçün təhlükə təşkil etdiyindən böyüyənə qədər xüsusi qulluq və nəzarətdə saxlanılmaları məqsədəuyğun hesab olunub. Onların böyüməsi və təbiətə qaytarılması prosesinə həssaslıqla yanaşılır.

Hazırda keçi balalarının inkişafı üçün lazım olan qidalanma və mühitin yaradılması təmin edilib. Keçilərin gündəlik süd və yem ehtiyacı ödənilir. Bu da balaların tezliklə təbiətə sağlam və güclü şəkildə qaytarılmasına imkan yaradır.

Xatırladaq ki, heyvandarlıqla məşğul olan vətəndaş Qasım Məmmədov bezoar keçilərinin məskunlaşdığı ərazidə mal-qaranın otarılması zamanı sürüyə qarışan bezoar keçi balalarını götürüb, fermer təsərrüfatı şəraitində saxlayıb və bu barədə nazirliyə heç bir məlumat verməyib. Vətəndaş Qasım Məmmədov heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etdiyinə və vaxtında məlumat vermədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsinə əsasən icraat işlər aparılır.

Qeyd edək ki, nadir yabanı fauna növü olan bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri