Icma.az
close
up
RU
Naxçıvanda Gənclər və İdman Nazirliyi mətbuat konfransı keçirib FOTOLAR

Naxçıvanda Gənclər və İdman Nazirliyi mətbuat konfransı keçirib FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi mətbuat konfransı keçirib. SİA xəbər verir ki, Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov nazirliyin ötənilki fəaliyyəti, qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Nazir müavini 2024-cü ilin təmsil etdiyi qurumun fəaliyyəti baxımından yaddaqalan olduğunu bildirib, görülən işlərdən bəhs edib. Qeyd olunub ki, nazirlik dövlət gənclər və idman siyasətinin icrası istiqamətində ümumilikdə 365 tədbir keçirib, müxtəlif layihələr icra edib. Gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, karyera imkanlarının artırılması, əhaliyə idman xidmətlərinin əlçatanlığının təmini, məşqçi və idmançıların peşəkar inkişafı və digər istiqamətlərdə davamlı işlər görülüb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda şəxsi inkişaf təlimləri təşkil edildiyini, Naxçıvan şəhəri üzrə 8 yerdə açıq hava idman qurğularının istifadəyə verildiyini xatıladan Məcid Seyidov dövlətin həyata keçirdiyi bu tədbirlərin davam edəcəyini bildirib. Əlavə olunub ki, cari il ərzində muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrində olmaqla, ümumilikdə 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsinin muxtar respublikanın Babək, Culfa və Şahbuz şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlər nəticəsində il sonuna kimi muxtar respublikanın bütün bölgələri daxil olmaqla, əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının ümumi sayı 22-ə yüksələcək. Dövlət və özəl investisiya əsasında Naxçıvan şəhərində və bir sıra regionlarda icra olunan və ya planlaşdırılan infrastruktur layihələri barədə məlumatlar diqqətə çatdırılıb.
Nazir müavini Naxçıvan idmançılarının ötən il dünya, Avropa çempionatları, beynəlxalq turnirlər, Azərbaycan çempionatı və birinciliklərində 72-si qızıl, 71-gümüş və 58-i bürünc olmaqla, ümumilikdə 201 medal qazanıldığını, uğur tendensiyasının cari ildə də davam etdiyini diqqətə çatdırıb. İdmançıların qazandığı yüksək nəticələr arasında Röya Abdullayeva və Əli Əsgərovun Avropa, Xalədicə Bayramova ilə Vüsal Seyidovun dünya çempionluqları, ölkə birincisi olan ilk Naxçıvan cüdoçusu kimi Ləman Bağırova və digərlərinin tarixi uğurları Naxçıvanda uğurla icra olunan idman siyasətinin bəhrəsi kimi dəyərləndirilib.
Nazir müavini vətəndaş qəbulu, könüllülərlə iş, əməkdaşlıq əlaqələri, gənclərə və idmançılara göstərilən dövlət dəstəyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Nazir müavini jurnalistlərin mövcud məsələlərin həlli və gələcəkdə görüləcək işlərlə bağlı ünvanladıqları suallara cavab olaraq bildirib ki, cari ildə karate üzrə beynəlxalq turnirin o cümlədən bir sıra idman növlərində ölkə əhəmiyyətli idman yarışlarının təşkili planlaşdırılır. Vətəndaş müraciətləri, sahibkarlardan gələn təkliflər və ümumi analizlər gözdən keçirilir, idmanın maddi-texniki bazasının yenilənməsi, o cümlədən yenidənqurma, təmir işlərinin aparılması gələcək perspektivdə aktuallığını qoruyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see165

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see153

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see143

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see141

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see138

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see138

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see137

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see137

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see135

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see133

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see130

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see129

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see128

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see126

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see126

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see125

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see124

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see121

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see119

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri