Naxçıvanda güzəştli kredit məbləğinin 94 faizi rayonların payına düşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Cari ilin ilk səkkiz ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən güzəştli kredit məbləğinin 94 faizi regionda yaşayan sahibkarların payına düşüb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin eyni dövründə fond tərəfindən maliyyələşdirilmiş 8,4 milyon manat güzəştli kreditin 10 faizini kiçik, 30 faizini orta, 60 faizini isə böyük həcmli kreditlər təşkil edib.
2025-ci ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib. Bu dövrdə maliyyələşdirilən kreditlərin 66 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 12 faizi isə xidmət sahəsində həyata keçirilən layihələrə yönəldilib.
Beləliklə, güzəştli maliyyə dəstəyi sahibkarlığın genişlənməsinə, yeni imkanların yaradılmasına və region iqtisadiyyatının inkişafına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















