Icma.az
close
up
RU
Naxçıvanda keçirilən sərgi satış yarmarkasında 214 müəllifin 15,2 min manat dəyərində əl işləri satılıb

Naxçıvanda keçirilən sərgi satış yarmarkasında 214 müəllifin 15,2 min manat dəyərində əl işləri satılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 25 oktyabr, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının bağlanış tədbiri olub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə komitə sədri Ramilə Seyidova sərgi-satışda zövqlə hazırlanmış əl işlərinin qonaqlar tərəfindən maraqla qarşılandığını deyib.

Komitə sədri qeyd edib ki, yarmarkada ümumilikdə 261 müəllifin 11 min 738 əl işi sərgilənib, 214 müəllifin 15 min 220 manat dəyərində 1508 əl işi satılıb. Bu da ötən illə müqayisədə 2 min 255 manat dəyərində çox əl işi deməkdir. Bu, həm gözəl nəticə və üstünlükdür, həm də məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların ailə büdcəsinə təsir edən mühüm amildir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bir çox tədbirlər həyata keçirilib. Məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası da bu tədbirlərdən biridir. Sərgi-satış yarmarkası sayəsində məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınlar üçün əlavə gəlir mənbəyi formalaşır, onların cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaranır.

Sərgi iştirakçısı Teyfə Qasımova bildirib ki, sərgi-satış yarmarkası həm ailə büdcələrinə dəstək olur, həm də qadınların iqtisadi fəallığının artırılmasına imkan yaradır.

Sonda sərgi-satış yarmarkasında fəal iştirak edən şəxslərə komitənin təşəkkürnamələri təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri