Naxçıvanda mədəniyyət müəssisələrində, tarixi binalarda layihələndirmə və təmir işləri aparılır AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 29 dekabr, AZƏRTAC
Cari ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muxtar respublikanın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində bir sıra işlər görülüb.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan olunub, binaların əsaslı təmiri və bərpası üçün layihə hazırlanıb.
Həmçinin Kəngərli Rayon Mədəniyyət Sarayının binasında təmir işlərinin aparılması üçün satınalma keçirilib. Sarayın dam örtüyü yenisi ilə əvəz olunub, pəncərələr rənglənib. Hazırda binanın daxilində təmir işləri davam etdirilir. Bundan başqa, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri üçün də oktyabrın 14-də açıq tender sorğusu keçirilib. Satınalmanın qalibi tərəfindən təmir işlərinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















