Naxçıvanda növbəti əmək yarmarkasına 140 a yaxın vakansiya çıxarılacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Biznes Mərkəzində oktyabrın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya muxtar respublikanın işsiz və iş axtaran sakinləri dəvətlidirlər. 20-dən çox işəgötürən üzrə 140-a yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















