Naxçıvanda “rəngli uşaq dünyası”
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçiriləcək.
Festival Naxçıvanda yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil olunacaq.
Ərazidə xüsusi dekorlar və dörd əsas zonanın qurulması nəzərdə tutulur. “Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərəcək. Burada rəqəmsal və intellektual zəka oyunları, xalçatoxuma, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunacaq. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol və müxtəlif əyləncəli uşaq oyunları təşkil ediləcək.
F.SALMANOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















