Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iyunun 1-də Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində baş tutacaq. Tədbirin açılış mərasimi saat 10-da keçiriləcək və festival saat 19-dək davam edəcək.
Ərazi xüsusi dekorlarla bəzədiləcək və dörd əsas zona qurulacaq. "Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərəcək. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunacaq. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















