Icma.az
close
up
RU
Naxçıvanda TİKTOK ƏMƏLİYYATI: saxlanılan var

Naxçıvanda TİKTOK ƏMƏLİYYATI: saxlanılan var

Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq edən şəxsi saxlayıb.

Lent.az xəbər veror ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində "TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.

Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17 000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102" Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.

seeBaxış sayı:82
embedMənbə:https://lent.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri