Icma.az
close
up
RU
Naxçıvanda uşaqların təhsildən yayınmasının cari vəziyyəti müzakirə olunub

Naxçıvanda uşaqların təhsildən yayınmasının cari vəziyyəti müzakirə olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan, 21 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə ümumtəhsil məktəblərində təhsil alan uşaqların təhsildən yayınmasının cari vəziyyəti, yayınmanın səbəbləri, uşaq əməyinin istismarı, habelə profilaktik tədbirlər və ailələrlə işin gücləndirilməsi, ictimai nəzarətin artırılması ilə bağlı videoformatda müşavirə keçirilib.

Muxtar respublika Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müşavirənin gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova mövzu ilə bağlı aidiyyəti üzrə məlumat verib, məsələyə dair görülməsi zəruri tədbirlərə dair müzakirə aparılıb.

Müşavirənin yekununda Baş nazir rəy və təklifləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilmiş qaydada aparılması, təhsildən yayınma hallarının səbəblərinin müəyyənləşdirilməsi və ətraflı təhlilinin aparılması, qanunvericiliyə uyğun işin təşkili, xüsusilə təhsildən yayınmanın sosial qayğıya ehtiyac səbəbindən baş verdiyi hallarda müvafiq sosial müdafiə tədbirlərinin aparılmasına dair təlimatlar verib. Müzakirə mövzusunun əhəmiyyəti və sosial təsirini nəzərə alaraq, məsələnin daim diqqətdə saxlanması, icra nəticələrinin müntəzəm hesabatlığının formalaşdırılması zərurəti bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri