Icma.az
close
up
RU
Naxçıvanda yanvar may aylarında 341 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

Naxçıvanda yanvar may aylarında 341 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 24 iyun, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, regionun xüsusiyyətləri nəzərə alınmaqla, 2024-cü il üçün kənd təsərrüfatı və

istehsal-xidmət sahələri üzrə ümumilikdə 500 kvota müəyyən edilib. Lakin vətəndaşların müraciətləri və ehtiyacları nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə 500 kvotada ayrılaraq, özünüməşğulluq proqramı çərçivəsində 2023-2024-cü illər ərzində aktivlər üzrə ümumi kvota 1000-ə çatdırılıb. Cari il üçün isə ilkin əsasda 615 nəfərin (605-i kənd təsərrüfatı, 10-u istehsalxidmət üzrə) proqramla əhatə olunması nəzərdə tutulub.

2023-cü ildən 2025-ci ilin 1 iyun tarixinədək 1737 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Onlardan 556 nəfəri istehsal-xidmət, 1181 nəfəri isə kənd təsərrüfatı zərflərindən faydalanıb. Təkcə 2025-ci ilin yanvar-may ayları ərzində 341 nəfərə (225 kənd təsərrüfatı, 116 istehsal-xidmət) aktivlər verilib. Aktiv alanlardan 35 nəfəri əlilliyi olan şəxslərdir.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri” layihəsi çərçivəsində işsiz, barista sahəsində çalışmaq istəyən, Naxçıvan şəhəri, Şahbuz, Şərur və Ordubad rayonlarından olan 5 nəfərə səyyar kofe satışını təşkil etmək üçün zəruri aktivlər təqdim olunub. Regionun xüsusiyyətləri nəzrə alınmaqla, 45 kənd təsərrüfatı istiqamətli avadanlıqların yaxın günlərdə vətəndaşlara təqdim edilməsi də nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri