Naxçıvanda yeni təyinat Şamil Əliyevə yüksək vəzifə verildi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şamil Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.
Yeni Sabah xəbər verir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini icra edəcək.
Şamil Məmmədsaleh oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Toyuqlu pizza
O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb. Şamil Əliyev 2019-cu ildən DOST Agentliyində fəaliyyət göstərir.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Baxış sayı:143
Bu xəbər 13 Avqust 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















