Icma.az
close
up
RU
Naxçıvanın blokadası tarixə qovuşur Növbəti addım Zəngəzur dəhlizidir

Naxçıvanın blokadası tarixə qovuşur Növbəti addım Zəngəzur dəhlizidir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin açılışı videobağlantı formatında keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev layihənin Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yeni mərhələsi olduğunu bildirib.

Dövlət başçısı çıxışında Naxçıvanın uzun illər blokada şəraitində qaldığını və bu qaz xəttinin muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O, 1920-ci ildə bolşeviklərin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verildiyini, bunun nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinin kəsildiyini xatırladıb.

İlham Əliyev bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Naxçıvanı işğal etmək planı olub, lakin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında bu niyyət baş tutmayıb. O, həmin dövrdə Türkiyədən Naxçıvana edilən yardımların əhəmiyyətini vurğulayıb:

"Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir".

Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, TANAP kimi nəhəng enerji layihələrini xatırladaraq, bu qaz kəmərinin də regionun enerji xəritəsində mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qazı 11 ölkəyə ixrac olunur və bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlət başçısı çıxışında Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığının dünya miqyasında önəmli faktor olduğunu xüsusi vurğulayıb. O, Zəngəzur dəhlizinin açılmasının regional əlaqələri gücləndirəcəyini qeyd edib.

Modern.az-a danışan Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanla bağlı məsələyə toxunması tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır:

"Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında cənab Prezidentimiz İham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılması böyük hadisədir. Bu, Ermənistan tərəfindən uzun illər ərzində blokadada saxlanılan Naxçıvanın qazla təchizatı məsələsini həll edir. Açılış nitqində cənab Prezidentimiz vacib məsələyə toxundu. 

O məsələ də Naxçıvanın Azərbaycanın digər hissələrindən ayrı düşməsi ilə bağlıydı. Dövlət başçımızın ötən əsrin 20-ci illərində bu məsələnin baş verməsini deməsi tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır. Fikrimcə, Zəngəzurun Qərbinin Ermənistana verilməsinə dair həqiqətlərin üzə çıxarılmasında bu, əhəmiyyətlidir. Bu qaz kəmərinin işə düşməsi Azərbaycanla Türkiyənin bərabər hərəkət etdikləri zaman qarşıya qoyduqları məqsədə nail oluduqlarını göstərir".

Vitse-spiker qeyd edib ki, problemin həlli təkcə Naxçıvan qaz məsələsinin həll edilməsi demək deyil:

"Bütövlükdə bu, türk dünyasının böyük uğurudur. Azərbaycan və Türkiyə belə fəaliyyətləri ilə türk dünyası arasında əməkdaşlığı gücləndirir. Qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyənin regionda rolunun artdığını göstərən amillərdəndir. Bütün çətinliklərə, manelərə baxmayaraq, Azərbaycan dövləti qardaş Türkiyə ilə əməkdaşlıq edərək bu problemi həll etdi. Bu kəmər Cənubi Qafqazı zəncir kimi, həlqəyə alan kəmərdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri