Icma.az
close
up
RU
Naxçıvanın bu xəstəxanasında yeni müasir tibbi avadanlıqlar Fotolar

Naxçıvanın bu xəstəxanasında yeni müasir tibbi avadanlıqlar Fotolar

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı kimi bu gün Şərur Rayon Mərkəzi Xəstəxanasına bir sıra mühüm tibbi avadanlıqlar təhvil verilib.

"Yeni Sabah" xəbər verir ki, xəstəxananın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində tibb müəssisəsinə 1 ədəd laparoskopik dayaq dəsti, 2 ədəd 12 kanallı EKQ cihazı, 1 ədəd neonatal funksiyalı İVL cihazı, 2 ədəd standart funksiyalı İVL cihazı, 3 ədəd defibrilyator, 2 ədəd çoxfunksiyalı defibrilyator, 38 ədəd standart funksiyalı xəstəbaşı monitoru, 5 ədəd çoxfunksiyalı xəstəbaşı monitoru,1 ədəd tam rəqəmsal, yüksək həssaslığa malik ultrasəs müayinə cihazı (USM) təhvil verilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, aidiyyəti qurumların nümayəndələri, xəstəxana kollektivi və kənd icma nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov görülən işlərin rayon əhalisi üçün əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm nəticələr verdiyini qeyd edib.

Səhiyyə naziri Samiq Sadıxov çıxışında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq reallaşdırılan islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Çıxışı zamanı nazir son dövrlərdə səhiyyə sahəsində aparılan yeniliklər barədə məlumat verib, həmçinin yaxın zamanlarda Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən bəhs edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri