Icma.az
close
up
RU
Naxçıvanın “Böyük bağ”ı

Naxçıvanın “Böyük bağ”ı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan şəhərində “Böyük bağ” Mədəniyyət və İstirahət parkı var. El arasında, sadəcə, “Böyük bağ” kimi tanınıb. Yaşı bir əsrdən çox olan bu bağ yaşlı nəslin yaddaşında unudulmaz anların yaşandığı bir məkandır. Bir vaxtlar şəhərin ictimai-mədəni həyatının mərkəzi olub.

“Böyük bağ” 1914-cü ildə yerli xeyriyyəçilər – Şahbazağa Kəngərli və Kərbəlayi Musanın maliyyə vəsaiti hesabına salınıb. Onlar həm də Naxçıvan şəhərinə ilk dəfə içməli su xətti çəkdiriblər. Bağı suvarmaq üçün şəhərin ortasından axan Bazar çayından bura su arxı da çəkilib. İlk olaraq bağda çinar, qarağac, akasiya və s. ağaclar əkilib. Əvvəlcə adına “Padşah bağı” deyilib, müəyyən bir dövrdə isə “Sultaniyyə” də adlandırılıb.

Deyilənlərə görə, bu ərazi vaxtilə köhnə qəbiristanlıq yeri olub. Rus tədqiqatçısı Nikitinin yazdığına görə, bu yerdə lap əvvəllərdən tatarlar (yəni azərbaycanlılar) dəfn olunublar. Mərhum ədəbiyyaşünas-alim, ulu öndər Heydər Əliyevin müəllimi olmuş Lətif Hüseynzadə xatirələrində yazırdı ki, 1918-ci ilin qırğınlarına son qoymaq üçün Azərbaycanın bir çox bölgələrinə, eləcə də Naxçıvana gələn türklərin buradan getməsi ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir paşa ilə vida görüşü keçirilib. Sonra Kazım Qarabəkir paşa əsgər və zabitlərlə, həmçinin Hüseyn Cavid əfəndi ilə birlikdə “Böyük bağ”dakı şəhid məzarlarını ziyarətə gediblər. Şəhidlərin ruhuna fatihə oxuduqdan sonra müəllimimiz – Türk dünyasının böyük şairi Cavid əfəndi dedi: “Şəhidlər Tanrı aşiqləri ərlər-ərənlərdir, millət, vətən fədailəri, qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar.

Vətən eşqinə can nişan edən ərlər,
Əbədi bir həyat içində gülər!

Sonra Kazım Qarabəkir bir məzarın başdaşı yanında diz çökdü. Əsgərlər ehtiram əlaməti olaraq 12 yaylım atəşi açdılar”.

Qeyd edək ki, 1926-cı ildə Naxçıvana gələn rus tədqiqatçısı V.M.Sısoyev yazırdı: “Şəhərin ən sevimli yeri olan bağda çoxlu cavan ağaclar vardı. Həmin sahədə özündə keçmiş ənənələri əks etdirən klub, həmçinin rəngli taxtalardan düzəldilmiş teatr səhnəsi, sadə bir binada restoran yerləşirdi. Teatrda yay mövsümündə axşamlar Şərq çalğı alətləri ilə konsertlər verilirdi. Axşamlar şəhər əhalisinin əksəriyyəti bağa gəlib əylənirdi”.

Teatr həvəskarları 1917-ci ilin iyun ayında Əliqulu Qəmküsarın Tiflisdən Naxçıvana gəlməsindən istifadə edib “Ölülər”i hazırlayıblar və şəhər bağındakı klubda tamaşaya qoyublar.

1938-ci ildə burada tikilən teatr binası isə 1951-ci ildə yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Naxçıvan Muxtar Respublikasının 40 illiyində teatr yeni binaya köçürülüb. Ötən əsrin 50-ci illərində bağa “Lenin adına Mədəniyyət və İstirahət Parkı” adı verilsə də, şəhər əhalisi bu bağı “Böyük bağ” adlandırmaqda davam edib. 1970-ci illərin ortalarından isə bağda Naxçıvan Dövlət Filarmoniyası fəaliyyət göstərməyə başlayıb. Filarmoniya Heydər Əliyev Sarayına köçdükdən sonra orada Mədəniyyət evi fəaliyyət göstərməyə başlayıb və Mədəniyyət evinin bir hissəsində Naxçıvan şəhər kitabxanası yaradılıb.

Bunu da qeyd edək ki, ötən əsrin 90-cı illərində bağ müəyyən qədər baxımsız vəziyyətə düşsə də, sonrakı illərdə burada geniş abadlıq işləri aparılıb. Bağın ərazisindəki piyada yolları abadlaşdırılıb, skamyalar yenilənib. Şəhər sakinlərinin rahat istirahət etmələri üçün lazımi şərait yaradılıb. Son dövrlərdə isə bağın içərisindəki “Çay evi” bərpa edilərək müasir görkəmə salınıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri