Naxçıvanın sosial iqtisadi inkişafı üzrə genişmiqyaslı layihələr icra olunur
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun Naxçıvan şəhər İcra Hakimiyyətində keçirilən 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında çıxışı zamanı səsləndirib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublikada dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, bu məqsədlərə nail olmaq üçün cari ilin əvvəlindən etibarən 10 il müddətində qüvvədə olmaqla Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq sahibkarlar üçün vergi və gömrük rüsumlarından azadolmalar tətbiq edilib, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasına başlanılıb.
Səlahiyyətli nümayəndə bildirib ki, Dövlət Proqramı çərçivəsində Naxçıvan Sənaye Parkının yaradılması, yeni istilik elektrik stansiyasının inşası, paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması, Naxçıvan şəhərində ictimai nəqliyyatın yaxşılaşdırılması kimi mühüm sosial-iqtisadi layihələr icra olunur. Bununla yanaşı, Möminə Xatın türbəsinin bərpası, Memar Əcəminin abidəsinin ucaldılması ilə bağlı görülən mədəni tədbirlər ölkə rəhbərliyinin Naxçıvanın tarixi-mədəni irsinin qorunmasına göstərdiyi diqqətin bariz nümunəsidir.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















