Icma.az
close
up
RU
Böyük iqtisadi layihələr uğurla icra olunur

Böyük iqtisadi layihələr uğurla icra olunur

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Təbii ki, bu, Azərbaycanın iqtisadi siyasətinin bariz nümunələrindən biridir.

Bu layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Cari ilin aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Dövlətimizin başçısı öz çıxışında bir sıra faktları ictimaiyyətin diqqətinə çatdırıb: “Bizim bu prosesdə ortaq maraqlarımız var. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Hazırda Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək”.
Dünya dövlətlərinin liderləri Prezident İlham Əliyevə inanır və bizim ölkəmizlə tez-tez yeni əməkdaşlıq platformaları yaranır. Azərbaycan inkişaf etmiş ölkə kimi beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edir və qlobal sülhə böyük töhfə verir.
Belə tədbirlər enerji sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və son illərdə formalaşan strateji dialoqun davamlılığını təmin edir. İclaslarda iştirak edən nümayəndələr enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, bərpaolunan enerji resurslarının reallaşdırılması və regional inteqrasiya məsələlərini diqqət mərkəzində saxlayıblar. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası və gələcək genişlənmə imkanları önəmli müzakirə mövzusu olub. Eyni zamanda, yaşıl enerji sahəsində planlaşdırılan transmilli təşəbbüslərin icrası üçün siyasi iradənin və texniki hazırlığın vacibliyi vurğulanıb.
Toplantılar zamanı çıxış edən rəsmilər etibarlı tərəfdaşlıq və davamlı enerji əməkdaşlığının strateji əhəmiyyətinə diqqət çəkib, bu platformanın iştirakçılar arasında qarşılıqlı anlaşma və uzunmüddətli planların koordinasiyası baxımından effektiv nəticələr verdiyini qeyd ediblər. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın enerji gündəliyi beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməkdə davam edir.
Bu format çərçivəsində keçirilən iclaslar həm enerji təchizatçısı, həm tranzit ölkə, həm də istehlakçı tərəflərin maraqlarının uzlaşdırılmasına imkan yaradır. Eyni zamanda, yaşıl enerji keçidi və dayanıqlı inkişaf strategiyaları da gündəmdə mühüm yer tutur. Müzakirələr nəticəsində qəbul olunan yanaşmalar gələcək əməkdaşlığın yeni mərhələyə keçidinə zəmin yaradır.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri