Icma.az
close
up
RU
Naxçıvanın təbiət abidələri UNESCO siyahısında

Naxçıvanın təbiət abidələri UNESCO siyahısında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, ötən həftə Parisdə UNESCO-nun Baş Qərargahında keçirilən Dünya İrsi Komitəsinin 47-ci sessiyasında Naxçıvandan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” də UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Bu tarixi hadisə ölkəmizin tarixi zənginliklərinin dünya miqyasında qəbul olunmasının nəticəsidir. Bəs, bu abidələr daha çox hansı xüsusiyyətləri ilə diqqət çəkir və tariximizin hansı sirlərini özündə saxlayır?

Ordubad rayonunun ərazisində yerləşən Gəmiqaya dünyanın ən qədim insan məskənlərindən biri olmaqla, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu tarixi yurd yeri haqqında hələ illər əvvəl ümummilli lideri Heydər Əliyev demişdir: Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.

Gəmiqaya abidələrinin tədqiqinə də elə Ulu öndərin Azərbaycana siyasi rəhbərliyinin 1-ci dövründə başlanılıb. 1971–87-ci illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyası tərəfindən burada tədqiqat işləri aparılıb, bununla bağlı bir sıra elmi materiallar çap olunub.

Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid qayaüstü təsvirlərlə zəngindir. Gəmiqayadakı iki təbii göl – Göygöl və Qazangöl də daxil olmaqla, ərazidəki bütün yaylaq, çeşmə, bulaq, dərə-təpələrin adları qədim türk soyları ilə bağlıdır. Araşdırmalara görə, ərazidə qeydə alınmış 100-dən artıq toponim Naxçıvan, 70-ə yaxını isə Zəngəzur ərazisindədir.

Təəssüf ki, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər 1980-ci illərin sonlarından unudulub. Bu isə erməni “tarixçilərini” hərəkətə gətirib. Belə ki, yaranmış boşluqdan istifadə edən saxtakar haylar gizli şəkildə Gəmiqayada araşdırmalar aparıb, bunun nəticəsi olaraq “Navsarın qaya təsvirləri” və “Naxçıvanın memorial abidələri və relyefləri” adlı saxta materiallar da nəşr etdiriblər. Nəticədə, xalqımızın ən qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməniləşdirməyə çalışıblar. Gəmiqayanın adını “Navsar”, “Tapanasar” kimi uydurma adlarla əvəz ediblər. Bədnam erməni tarixçisi A. Ayvazyan Ermənistan Elmlər Akademiyasının “Xəbərlər” jurnalında (1982, № 2) nəşr etdirdiyi “Navsarın qaya təsvirləri” adlı məqaləsində yazır ki, guya Gəmiqaya erməni abidəsi olmuş, azərbaycanlılar isə onun adını dəyişdirmişlər (!?). Halbuki ulu babalarımıza məxsus bu incəsənət əsərindəki qaya təsvirləri içərisində – insan, maral, öküz, quş, it, aslan, ov səhnələri təsvirləri sırf qədim türk mifologiyası ilə bağlıdır. Qayaüstü abidələr 3000–3500 metr yüksəklikdə yerləşən Qaranquş yaylağındadır. Belə təsvirlərə ərazidəki Qəmişölən və Nəbiyurdu yaylaqlarında də rast gəlmək mümkündür. Ümumiyyətlə, Gəmiqaya abidəsi əcdadlarımızın dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inanc və əmək fəaliyyətini özündə əks etdirir.

Müstəqilliyimizin bərpasından sonrakı dövrdə muxtar respublikanın tarix və mədəniyyət abidələrinin qorunması və bərpası yönündə bir sıra addımlar atılıb, Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb. Həmçinin “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, ətrafda tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilib. Muzeyin fondunda 200-dən çox eksponat – üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziumların materialları toplanılıb.

Ordubad rayonu ərazisindəki digər maraqlı təbiət abidələrindən biri isə Göygöldür. Rayonun Nürgüt kəndi yaxınlığında, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşən Göygölün sahəsi 1,5 hektar, dərinliyi isə 6,5 metrə çatır. Suyunun göyümtül rəngə oxşamasına görə belə adlandırılıb. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasından qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, burada ilin dörd fəslini də eyni anda müşahidə etmək mümkündür. Belə ki, gölün bir tərəfində qar, bir tərəfində gül-çiçək, bir tərəfində soyuq, bir tərəfində günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.

AMEA-nın müxbir üzvü, tarixçi alim Vəli Baxşəliyevin sözlərinə görə, Göygöl unikal təbiət abidəsi olmaqla yanaşı, ərazidə mis yataqları da var, eyni zamanda burada qədim mədən izlərinə də rast gəlinib. Həmçinin ərazidə arxeoloji abidələr də mövcuddur. Vaxtı ilə burada Tunc dövrünə aid kurqanlar qeydə alınıb.

Sevindirici haldır ki, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi hər iki abidənin dünya səviyyəli rəsmi sənəddə əhəmiyyətini əks etdirməklə yanaşı, həm də bu tarixi yurd yerinə əsassız erməni iddialarının üstündən xətt çəkir.

H.SƏBUHİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri