Naxçıvanda mediatur təşkil olundu turizm imkanları nümayiş etdirildi FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Oktyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına mediatur keçirilib.
Doğru.az xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın eko, kənd, mədəni və sağlamlıq turizmi imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanların geniş auditoriyaya tanıdılması və bölgəyə turist səfərlərinin təşviq olunması olub.
Səfər çərçivəsində media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi, Şahbuz Dövlət Təbiət Qoruğunda yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı və haykinq marşrutları, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Bundan əlavə, mediatur zamanı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Heydər Məscidi də ziyarət edilib.
Qeyd olunub ki, Naxçıvanın turizm potensialının genişləndirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən 2025–2027-ci illər üçün fəaliyyət planı hazırlanıb və müxtəlif turizm növlərinin inkişafı, turizm infrastrukturunun yaxşılaşdırılması və bölgənin beynəlxalq auditoriyada tanıdılması üzrə tədbirlər həyata keçirilir.
Səfər müddətində media nümayəndələrinin sualları cavablandırılıb, Naxçıvanın turizm imkanları barədə ətraflı məlumat verilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Oktyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















