Icma.az
close
up
RU
Nayrobidə Bakıda keçiriləcək WUF13 üçün hazırlıqlar təqdim olunub FOTO

Nayrobidə Bakıda keçiriləcək WUF13 üçün hazırlıqlar təqdim olunub FOTO

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev bu gün Keniya Respublikasının paytaxtı Nayrobidə beynəlxalq mediaya 17-22 may 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqlar barədə məlumat veriblər.

APA xəbər verir ki, WUF13 Yeni Şəhər Gündəliyinin ortamüddətli icrası baxımından vacib qlobal dəyərləndirmə platforması olacaq.

Bu sessiya Azərbaycanın Respublikasının Keniya və Konqoda fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə həyata keçirilib.
A. Rossbax WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunun aktuallığını vurğulayaraq qeyd edib: “Bu qlobal kontekstdə WUF13 sadəcə bir konfrans yox, həm də Yeni Şəhər Gündəliyi və BMT-nin dayanıqlı şəhər və cəmiyyətlər üzrə Dayanıqlı İnkişaf Məqsədi üçün mühüm bir dəyərləndirmə platformasıdır. Bu Forum üzv dövlət və tərəfdaşlara iqlim böhranı ilə sıx əlaqəli olan qlobal mənzil böhranının həlli istiqamətində öhdəliklərin icrasını qiymətləndirməyə, boşluqları müəyyənləşdirməyə və qarşıdakı onillik üçün prioritetləri formalaşdırmağa imkan verəcək”.

O, 2026-cı ilin qlobal şəhər gündəliyi üçün mühüm il olduğunu da diqqətə çatdırıb.

Rossbax əlavə edib ki, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü keçiriləcək, nəticələr isə 2026-cı ilin qlobal qiymətləndirmə proseslərinə daxil ediləcək. Həmçinin WUF13-də “Dünya şəhərləri üzrə 2026-cı il hesabatı” da təqdim olunacaq.
WUF13-ün milli koordinatoru Anar Quliyev ev sahibi ölkə kimi Azərbaycanın irəli sürdüyü yeni təşəbbüsləri təqdim edərək, ilk dəfə keçiriləcək Liderlərin Zirvə Görüşünün qlobal şəhərsalma prioritetləri üzrə yüksək səviyyəli siyasi dialoq üçün xüsusi platforma olacağını bildirib. O, şəhərlərin və yerli idarəetmələrin müzakirələrin formalaşmasındakı rolunu vurğulayıb, həmçinin innovasiyalar, iqlimə uyğun tikinti və müasir mənzil texnologiyalarının təşviqində özəl sektorun geniş iştirakının əhəmiyyətini qeyd edib.

A. Quliyev bildirib: “WUF13 üzrə hazırlıq işləri tam sürətlə davam edir. Biz bu Forumu dayanıqlılıq, müyəssərlik və təhlükəsizlik prinsiplərinə əsaslanan dünya səviyyəli bir tədbir kimi təşkil etmək üçün bütün təşkilati, logistika və əməliyyat məsələlərini koordinasiyalı şəkildə həyata keçiririk.”

Qeyd edək ki, Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində təşkil olunan bu media brifinqi UN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyası çərçivəsində keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri