Nazarbayev evdən səs verdi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkənin yeni birpalatalı parlamenti – Kuruultaya keçirilən seçkilərdə evində səs verib.
KONKRET.az xəbər verir ki, Nazarbayevin mətbuat xidmətinin məlumatına görə, keçmiş dövlət başçısı səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilməyib. O, yaxın vaxtlarda onurğa sütunundan əməliyyat keçirib və bu səbəbdən seçki hüququnu evdə həyata keçirib.
Qeyd edək ki, Qazaxıstanda avqustun 23-də yeni Konstitusiya əsasında ölkənin tarixində ilk dəfə birpalatalı parlamentə – Kuruultaya seçkilər keçirilir. Yeni Konstitusiya iyulun 1-də qüvvəyə minib və bununla da əvvəlki ikipalatalı parlament sistemi dəyişdirilib.
Yeni Kuruultay 145 deputatdan ibarət olacaq. Deputatlar beş il müddətinə vahid ümummilli seçki dairəsi üzrə yalnız siyasi partiyaların siyahıları əsasında proporsional sistemlə seçilirlər. Seçkilərdə yeddi siyasi partiya iştirak edir.
Beləliklə, 23 avqust seçkiləri Qazaxıstanın yeni siyasi və konstitusiya modelinin ilk böyük sınağı hesab olunur.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Avqust 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















