Nazarbayev refendumda səs verdi, Tokayevdən danışdı: “Mən sadiqəm“
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yeddi il əvvəl dövlət başçısı vəzifəsindən könüllü istefa verərkən ölkənin inkişafı və hakimiyyət varisliyinin təmin edilməsi maraqlarını rəhbər tutdum.
Moderator.az xəbər verir ki, Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumda səs verən ölkənin birinci prezidenti Nursultan Nazarbayev belə deyib.
"Zaman keçir, nəsillər bir-birini əvəz edir. Hər nəsil Qazaxıstanın müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verməlidir. İnanıram ki, mənim nəslim müstəqillik elan etməklə, sərhədləri müəyyənləşdirməklə və yeni paytaxt salmaqla öz rolunu yerinə yetirib.
İndi biz Qazaxıstanı gücləndirməyə və onun nüfuzunu artırmağa davam etməliyik. Buna nail olmaq üçün bugünkü referendum da daxil olmaqla çox iş görülür", - Nazarbayev bəyan edib.
Sabiq dövlət başçısı vaxtilə Tokayevin prezident seçilməsinə də toxunub: "Mən o zaman seçim edərkən Qasım-Jomart Tokayevin namizədliyinə üstünlük verdim və bu seçimə sadiq qalıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Mart 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















