Nazim Umbayev: “Dünya çempionatında Azərbaycan cüdosunu təmsil etmək böyük qürurdur”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Dünya çempionatında Azərbaycan cüdosunu təmsil etmək böyük qürurdur”.
Bunu İdman.biz-ə beynəlxalq dərəcəli cüdo hakimi Nazim Umbayev deyib.
Azərbaycan cüdo tarixində ilk dəfə böyüklər arasında dünya çempionatına təyinat alan beynəlxalq dərəcəli referi yarışla bağlı fikirlərini bölüşüb: “Bu həm qürurverici, həm də böyük məsuliyyətdir. Artıq Budapeştdəyəm, yarışöncəsi seminarlar keçirik. Ümumiyyətlə, ACF Turda olan hakimlər hazırlıqlı olmalı, daim öz üzərində işləməlidir. Biz də tez-tez seminarlarda iştirak edir, nəzəri-praktiki hazırlıqlara qatılırıq. Yarışlar olmayanda belə beynəlxalq yarışları izləyib proseslərlə tanış oluruq".
Referi bildirib ki, bu təyinat onun üçün sürpriz olub: “Özümə güvənirdim deyə dəvət alacağıma ümid edirdim. Ancaq bu il olacağını gözləmirdim. Bildiyiniz kimi, dünya çempionatı gələn il Bakıda keçiriləcək. İdmançılar kimi, hakimlər də beynəlxalq yarışlarda iştirak edəndə sevinirlər”.
Qeyd edək ki, bu il cüdo üzrə dünya çempionatı iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















