Icma.az
close
up
RU
Nazir anons etdi: Müəllimlərin sayı azaldılır, maaş isə...

Nazir anons etdi: Müəllimlərin sayı azaldılır, maaş isə...

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq". 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, "Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq". 

Qeyd edək ki, hazırda Azərbaycanın 4472 orta məktəbində 1,6 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdirsə, Bakıda bir müəllimə düşən şagird sayı 12-dir. 

“Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Müəllim sayının azaldılmasının təhsil sisteminə təsiri ilə bağlı “Cümhuriyət”-in suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb:

- Müəllimlərin maaşının artması onların sayının azalmasından keçir?

-Müəllimlərin sayının azalması islahat kimi təqdim edilsə də, bunun təhsilin keyfiyyətinə hansı təsirləri olacağı və prosesin necə idarə ediləcəyi vacib məqamdır. Əgər məqsəd keyfiyyətsiz müəllimləri sistemdən çıxarmaq və gənc, peşəkar kadrların sayını artırmaqdırsa, bu, müsbət bir yanaşma kimi qəbul edilə bilər. 

Lakin əsas məsələ bu prosesin necə həyata keçiriləcəyidir. Müəllimlərin sayının azalması dərs yükünün artmasına gətirib çıxaracaqsa, bu, onların iş keyfiyyətini aşağı sala bilər. Beynəlxalq təcrübədə təhsilin keyfiyyətini yüksəltmək üçün əsasən müəllimlərin peşəkar inkişafına, onların metodiki bacarıqlarının artırılmasına və daha effektiv təhsil mühitinin yaradılmasına diqqət yetirilir. 

Əgər sadəcə olaraq müəllimlərin sayını azaltmaq və mövcud heyətə daha çox dərs saatı vermək planlaşdırılırsa, bu, müəllimlərin fiziki və psixoloji yüklənməsinə, tədris keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Digər tərəfdən, müəllimlərin sayının azalması kadr çatışmazlığına da gətirib çıxara bilər. Azərbaycanda bəzi ixtisaslar üzrə artıq müəllim çatışmazlığı problemi mövcuddur. Riyaziyyat, fizika, kimya və informatika kimi fənlərdən müəllim tapmaq çətinləşir və bu tendensiya davam edərsə, tədris prosesində ciddi boşluqlar yarana bilər. 

Əgər bu islahat həqiqətən keyfiyyətsiz müəllimləri sistemdən çıxarmağı hədəfləyirsə, paralel olaraq yeni müəllimlərin hazırlanması üçün genişmiqyaslı proqramlar həyata keçirilməlidir. Finlandiya və Sinqapur kimi təhsil sistemlərində müəllimlərin sayı azaldılmır, əksinə, onların tədris metodları təkmilləşdirilir və onlara daha yaxşı şərait yaradılır.

- Nazir qeyd edib ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılanıb: “O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumulub. Bu gün isə həmin səhvlərin nəticəsini görürük".

Siz bu fikirlə razılaşırsınızmı?

-Nazirin keçmişdə yol verilən səhvləri vurğulaması və cəmiyyəti də bu məsələdə günahlandırması mübahisəli yanaşmadır. Təhsil sistemində problemlərin kökünün 20 il əvvələ bağlanması bir tərəfdən reallığı əks etdirsə də, digər tərəfdən mövcud vəziyyətin həlli üçün konkret addımların atılmamasına bəraət qazandırmamalıdır. 

Keçmişdə edilən səhvlər təkcə bir şəxsin və ya bir dövrün problemi deyil, sistemin ümumi uğursuzluğunun nəticəsidir. Əgər 20 il əvvəl diplomların qeyri-qanuni əldə olunmasına göz yumulubsa, bu, sadəcə keçmiş rəhbərliyin deyil, həm də o dövrün cəmiyyətinin və təhsil sisteminin ümumi problemi olub. Lakin hazırkı problemlərin həlli üçün keçmişi günahlandırmaq kifayət deyil, daha çox irəliyə baxmaq və konkret islahatlar həyata keçirmək lazımdır.

- Müəllimlərin sayının azaldılması və dərs yükünün artırılması təhsilin keyfiyyətini yüksəldəcəkmi?

-Ümumiyyətlə, müəllimlərin sayının azaldılması və dərs yükünün artırılması təhsilin keyfiyyətini yüksəldəcək yeganə həll yolu deyil. Əksinə, müəllimlərin peşəkar inkişafına daha çox sərmayə qoyulmalı, təhsildə innovasiyalar tətbiq edilməli və yeni nəsil müəllimlərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir. 

Keçmiş səhvləri vurğulamaq əvəzinə, mövcud problemlərin həllinə yönəlmiş konkret addımların atılması daha effektiv nəticə verə bilər. Təhsil sistemi davamlı islahatlar tələb edir və bu prosesdə əsas hədəf müəllimlərin sayını azaltmaq yox, onların keyfiyyətini artırmaq və daha yaxşı təhsil mühiti yaratmaq olmalıdır.

- Valideynlər və məktəb icmalarının fəal iştirakı təhsildə irəliləyiş əldə olunmasına gətirib çıxaracaqmı?

-Təhsildə irəliləyiş əldə etmək üçün valideynlərin və məktəb icmalarının fəal iştirakı şübhəsiz ki, vacibdir. Ancaq bu, təkcə valideynlərin müəllimlərdən hesabat tələb etməsi ilə həll edilə bilməz. Valideynlər təhsilin keyfiyyətinə təsir edə bilər, lakin sistemin bütövlükdə dəyişməsi üçün daha dərin struktur islahatlarına ehtiyac var. Əgər cəmiyyətin və valideynlərin təhsildə aktiv iştirak etməsi gözlənilirsə, ilk növbədə onlara bu prosesi anlayışla qarşılayacaq və aktiv iştirak etməyə sövq edəcək şəffaf və əlçatan bir sistem təqdim olunmalıdır.

Nigar Abdullayeva
​​​​​​"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri