Icma.az
close
up
RU
Nazir bir neçə məktəb direktoru ilə mövcud problemləri müzakirə edib

Nazir bir neçə məktəb direktoru ilə mövcud problemləri müzakirə edib

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.

Bu barədə "Report"a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər.

Görüşün əsas mövzusu məktəb idarəetməsinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi və digər müvafiq məsələlərlə bağlı olub.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin inzibati idarəetməsində mövcud problemlər və bu onların həlli istiqamətində atıla biləcək addımlardan söz açıb.

Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Həmçinin şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Bu prosesdə innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.

Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.

İcma ilə ünsiyyətin əhəmiyyətindən bəhs edən nazir məktəblərin yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin inkişafında əsas mərkəzlərdən biri olduğunu bildirərək valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsinin vacibliyini nəzərə çatdırıb.

Əlavə edilib ki, bu əlaqələrin möhkəmləndirilməsi həm şagirdlərin, həm də valideynlərin təhsil prosesinə daha aktiv cəlb olunmasına şərait yaradacaq.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib, onların təklif və tövsiyələri dinlənilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri