Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 oktyabr, AZƏRTAC
bp ilə əməkdaşlığımız yeni layihələr vasitəsilə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
““Azəri-Çıraq-Günəşli"də səmt qazı hasilatına başlanması, “Şahdəniz Kompressiya” layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və Əşrəfi-Dan Ulduzu-AyPara layihələri, həmçinin Özbəkistandakı birgə fəaliyyətimiz bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir. Eyni zamanda, əməkdaşlığımız yaşıl enerji və dekarbonizasiya sahələrini də əhatə edir. Gələn il istismara verilməsi gözlənilən "Şəfəq" Günəş Elektrik Stansiyası, Səngəçal terminalının təmiz enerji vasitəsilə dekarbonizasiyası qlobal enerji keçidi üçün model təqdim edir”,- deyə nazir qeyd edib.
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Oktyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















