Nazir Braziliyanın yeni səfiri ilə GÖRÜŞDÜ FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı səfir Bernard Klinql etimadnaməsinin surətini C. Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu çərçivədə, iqlim gündəliyi və COP prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 İyun 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















