Nazir: Bu il xəzinə qalığının faiz gəlirləri büdcəyə 120 mln. manat qazandırıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb.
"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında nazir Sahil Babayev deyib.
O bildirib ki, bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manat olmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















