Nazir: Əmək pensiyalarının orta aylıq məbləğini növbəti ildə 531 manat proqnozlaşdırırıq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Əmək pensiyalarının orta aylıq məbləğini növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 faiz çox proqnozlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 569 manat və ya 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8 faiz çox proqnozlaşdırılır. “Cari ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaqdır. Növbəti ildə 8 faizlik artımla artıq pensiyaçılarımıza daha əhatəli dəstək təqdim oluna biləcək”, - deyə nazir əlavə edib.
Baxış sayı:136
Bu xəbər 19 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















